Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-371/2023 28.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* nömrəli, 02 avqust 2023-cü il tarixli və İXP ******* nömrəli, 14 avqust 2023-cü il tarixli İnzibati xəta haqqında protokollardan görünür ki, “VOLKSWAGEN POLO CLASİK” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərarlarla müəyyən edilmiş inzibati cəriməni 3 ay ərzində ödəməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin edilməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də, məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, Şəxs 10 aprel 2023-cü il tarixli, EQ 13895402 nömrəli protokola əsasən, “VOLKSWAGEN POLO CLASİK” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, Şəxs 02 may 2023-cü il tarixli, EQ 14271199 nömrəli protokola əsasən, “VOLKSWAGEN POLO CLASİK” minik markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 50 manat məbləğində cərimə edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 3(074)-372/2023 saylı qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında icraata başlanmış, Şamaxı Rayon Məhkəməsində 3(074)-371/2023 və 3(074)-372/2023 saylı inzibati işlər 3(074)-371/2023 nömrə ilə qeydiyyata alınmalqa inzibati xəta haqqında icraat materialları bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanıntörədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6(altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-371/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-371/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver