Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-375/2025 22.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, şikayət vermiş şəxs – X1 və Şamaxı rayon X6 X7 yol-patrul xidmətinin baş inspektoru, polis kapitanı X3 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29669604 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29669604 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, Bakı şəhərindən Şamaxı rayonuna saat 12:06 radələrində idarə etdiyi VAZ-2104 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə evinə plastik su çəni apararkən Bakı-Şamaxı şəhəri Pirqulu yolunun sonuncu təhlükəsizlik şəhər kamerasının operatoru tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi əsas gətirilərək EQ 29669604 nömrəli protokol üzrə çıxarılmış qərarla 40 manat cərimə edilmişdir. Qərarla razı deyil. Belə ki, VAZ-2104 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə daşıdığı plastik su çəninin uzunluğu 1 metr 40 santimetr olduğundan avtomobilin qabaq və arxa hissəsindən 1 metrdən artıq çıxmamış və bu səbəbdən, daşıdığı yük “iri qabaritli yük” tanınma nişanı ilə işarələnməmişdir. Daşınan su çəni avtomobilə möhkəm kəndirlə bərkidilmiş, digər yol hərəkəti iştirakçılarına təklükə və maneə törətməmişdir. Avtomobilə sağ-sol, arxa görmə məhdudiyyəti yaratmamışdır. X9 yükün avtomobilin qabaritindən nə qədər kənara çıxdığını sübut etməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Şamaxı rayon X6 X7 yol-patrul xidmətinin baş inspektoru, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, şikayət əsassızdır, yüklənən yüklə birlikdə ümumi hündürlük 2 (iki) metr 50 (əlli) santimetri keçdiyindən yük daşıma qaydaları pozulmuşdur. Qəbul edilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29669604 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri Pirqulu yolunda VAZ-2104 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yük daşıma qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan AR DİN Veb Portalından əldə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhəri Pirqulu yolunda VAZ-2104 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü saat 12:06 radələrində avtomobilin üzərinə su çəni qoymaqla yük daşıma həyata keçirmişdir. Məhkəmə iclasında məhkəmə iştirakçıları tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilən sənədlərlə müəyyən olunur ki, VAZ-2104 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hündürlüyü 1,443 metr, eni 1,62 metr, uzunluğu 4,115 metr, 1000 litlik plastik su çəninin hündürlüyü 1,05 metr, eni 0,90 metr, uzunluğu 1,55 metr təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə, inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 1-ci bəndinə əsasən, daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. İş materilları araşdırılarkən müəyyən edilir ki, inzibati təhbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən daşınan yükün çəkisi istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmasını təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Qanunun 57-ci maddəsinin 3-cü bəndinə əsasən yükün daşınmasına adamları təhlükəyə məruz qoymaması, şəxsi və ya digər əmlaka zərər vurmaması, sürücünün ətrafı görməsini məhdudlaşdırmaması, nəqliyyat vasitəsinin davamlılığını pozmaması və idarə olunmasını çətinləşdirməməsi, yükün yerlə sürünməməsi və yola düşməməsi, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmaması, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmaması, səs salmaması, toz qaldırmaması, yolu və ətraf mühiti çirkləndirməməsi şərti ilə yol verilir. İş materilları araşdırılarkən müəyyən edilir ki, inzibati təhbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən yükün daşınması zamanı adamların təhlükəyə məruz qalmasını, şəxsi və ya digər əmlaka zərər vurulmasını, sürücünün ətrafı görməsinin məhdudlaşdırılmasını, nəqliyyat vasitəsinin davamlılığının pozulmasını və idarə olunmasının çətinləşdirilməsini, yükün yerlə sürünməsi və yola düşməsini, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutmasını, habelə əl ilə verilən siqnalların qəbul edilməsinə mane olmasını, səs salmasını, toz qaldırmasını, yolu və ətraf mühiti çirkləndirməsini təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan maddi hüquq normasının mahiyyətindən başa düşülən odur ki, inzibati xəta hadəsinin və əməldə inzibati xəta tərkibinin olmasını inzibati təhbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan sübut etməlidir. Yəni sübutetmə yükü səlahiyyətli orqanın üzərinə düşür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 5-ci bəndinə əsasən yük qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxdıqda “İri qabaritli yük” tanınma nişanı ilə işarələnməlidir, sutkanın qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə, bundan başqa, qabaq tərəfdən ağ işıq fənəri və ya işıqqaytarıcı ilə arxa tərəfdən qırmızı işıq fənəri və ya işıqqaytarıcı ilə işarə olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, hündürlüyü 1,05 metr, eni 0,90 metr, uzunluğu 1,55 metr olan plastik su çəni uzunluğu 4,115 metr, eni 1,620 metr və hündürlüyü 1, 443 metr olan “Vaz-2104” minik markalı nəqliyyat vasitəsinin qabaq və ya arxa tərəfdən nəqliyyat vasitəsinin qabaritindən — qabarit işığının xarici kənarından 1 metrdən çox və ya yan tərəfdən 0,4 metrdən çox qırağa çıxmamışdır. Həmin Qanunun 57-ci maddəsinin 6-cı bəndinə əsasən ağır çəkili və təhlükəli yüklərin, zərərsizləşdirilməmiş taranın daşınması, yüklə birlikdə və ya yüksüz qabarit parametrlərinin eni 2,5 metrdən, hündürlüyü yolun hərəkət hissəsinin səthindən 4 metrdən, uzunluğu bir qoşqulu avtoqatar üçün 20 metrdən, iki qoşqulu avtoqatar üçün 24 metrdən artıq olan, yaxud yükü nəqliyyat vasitəsinin qabaritinin arxa nöqtəsindən 2 metrdən çox kənara çıxan nəqliyyat vasitələrinin, iki və daha çox qoşqulu avtoqatarların hərəkəti xüsusi qaydalara uyğun olaraq həyata keçirilir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, hündürlüyü 1,05 metr olan plastik su çəni hündürlüyü 1,443 metr olan “Vaz-2104” minik markalı nəqliyyat vasitəsi ilə (quraşdırılmış baqaj da nzərə alınmaqla) birlikdə yolun hərəkət hissəsinin səthindən 4 metrdən çox olmamışdır (1,443 metr + 1,05 metr + 0,10 metr (quraşdırılmış baqajın hündürlüyü) = 2,593 metr). Göründüyü kimi, VAZ-2104 minik markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrinin tələblərini pozmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 oğlu tərəfindən göstərilmiş dəlillər əsaslı olduğundan, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29669604 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29669604 nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(074)-375/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-375/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver