Məhkəmə qərarları › İş №3(074)-376/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-376/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-376/2025 14.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X4 Bölməsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X4 Bölməsində tərtib olunmuş protokol baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən, təqdim edilmiş materiallar natamam olduğundan və məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş, lakin Şəxs sahibarkarlıq fəaliyyəti ilə məşğul olması səbəbi ilə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçib-keçməməsi (VÖEN olub-olubmaması) və bununla da, vəzifəli şəxs olub-olmaması aydınlaşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.5.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları) inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Qeyd edilən Məcəllənin 16, 17 və 18-ci maddələrində fiziki, vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi ayrı-ayrılıqda göstərilməklə hər birinin məsuliyyətə cəlb etmə şərtləri fərqləndirilmişdir. Həmçinin, həmin Məcəllənin 262.2.3-cü maddəsinin sanksiya hissəsində fiziki, vəzifəli və hüquqi şəxslərə görə fərqli inzibati məsuliyyət tədbirləri nəzərdə tutulmuşdur. Qanunvericliyin bu tələblərindən çıxış edərək inzibati məsuliyyətə cəlb ediləcək şəxsin fiziki, vəzifəli və ya hüquqi şəxs olmasının dəqiqiləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyd edilməlidir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda qoşma bölməsində xx.xx.2025-ci il tarixli, 000613 nömrəli akt, izahat və fotoşəkillər göstərilsə də, iş materiallarına fotoşəkillər əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh haqqında protokol tərtib edilərkən qeyd olunan hallar nəzərə alınmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X1ytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 3 saylı X4 Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar