Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-377/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X20, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 16.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X52 izahat verib bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icra vərəqəsinə əsasən Şəxs vurulmuş ziyanın ödənilməsi hesabına 48.920.500 manat indiki pulla 14056 manat pul tutulmalıdır. Borcun əsas hissəsi 9784.10 manat X32 ödənilməlidir, lakin borclunun tələbkarlara ümumilikdə 14056 manat borcu var. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmişdir. Şəxs izahat verərək borcunun tam şəkildə bu gün ödəyə bilməməsini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 14056 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, daimi işi olmadığına görə eləcədə uşağının xəstə olması səbəbindən borcunu ödəyə bilməmişdir. Ona vaxt verilərsə, borcundan 2000 manat ödəyə bilər. Borcunun qalanını isə zərərçəkmiş şəxs X53 ilə razlığa gəlib hissə-hissə ödəyəcəkdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin A-0566/04 saylı 15.09.2004-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs vurulmuş ziyanın ödənilməsi hesabına 48920500 manat X21, 720.000 manat X41, 920000 manat X22, ******* manat X16, 500000 manat X23, 900000 manat X42, 400000 manat X4, ******* manat X24, 700.000 manat X17, 500000 manat X10, ******* manat X18, 250000 manat X11, 500000 manat X3, ******* manat X12, 500000 manat X33, 450000 manat X34, 250000 manat X54, 250000 manat X43, 250000 manat X25, 250000 manat X44, 280000 manat X5, 280000 manat X45, 250000 manat X26, 250000 manat X13, 250000 manat X14, 500000 manat X64, 250000 manat X55, 250000 manat X6, 250000 manat X46, 250000 manat X47, 250.000 manat X7, 250000 manat X35, 250000 manat X8, 280000 manat X15, 250000 manat X62 öglunun, 250000 manat X36, 250000 manat X27, 250000 manat X37, 250000 manat X48, 250000 manat X38, 250000 manat X39, 250000 manat X28, 250000 manat X49, 250000 manat X50, 270000 manat X2, 250000 manat X56, 250000 manat X51, 250000 manat X9, 250000 manat X1, 250000 manat X29 və 250000 manat X30 xeyrinə tutulmalıdır İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 21 dekabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin A-0566/04 saylı 15.09.2004-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 3(074)-126/2017 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbs etmənin əvvəli 10 may 2017-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Şəxs 12 avqust 2020-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 3(074)-252/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbs etmənin əvvəli 12 avqust 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 28.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə hökmü ilə üzərinə qoyulmuş mülki iddiaların həllinə dair hissədə öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-377/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-377/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver