Məhkəmə qərarları › İş №3(074)-377/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-377/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-377/2023 21.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şamaxı rayonu, Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Sündü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qobustan Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(026)-208/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs apellyasiya şikayəti verərək, mübahisələndirilən qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-361/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(026)-208/2023 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, masanın üzərində 5 manat və onun qarşısında təxminən özünə məxsus 20-30 manat və cibində olan 280 manat Şahid2 adlı polis əməkdaşı tərəfindən götürülmüşdür. Digər şəxslərin cibindən çıxarılan pullar sonradan qaytarılmış, lakin onun pulu qaytarılmamışdır. O, götürülən pulun qaytarılmasını xahiş etmiş, lakin maddi sübut olduğunu bildirilib, ona qaytarılmamışdır. Həmçinin, işıqları söndürmüşlər və buna görə də, kartların kimin götürdüyünü bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qobustan Rayon Polis Şöbəsinin sahə rəisi X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin dispozisiyasına görə, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə, təqsirli şəxslər inzibati qaydada cərimə edilir. Lakin, iş materiallarından oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin maddi sübut kimi götürülməsi görünmür. Qeyd olunan maddənin dispozisiya şərtindən də göründüyü kimi, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirlərin mövcud olması imperativ qaydada müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həmin vaxt polis əməkdaşları tərəfindən ona məxsus 280 manat götürülmüş, o onlardan həmin məbləğin geri qaytarılmasını xahiş etsə də, qaytarılmamış və həmin pulun maddi sübut kimi götürüldüyü qeyd edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, izahatı alınan Qobustan RPŞ-nin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, qeyd olunan şəxslərin qumar oyunu oynamasını həmin şəxslərin qarşısında qumar oyununda istifadə edilən kartların və pul vəsaitinin olduğunu görə bilmişdir. Həmin qumar oyununu kimin təşkil etdiyi barədə məlumatı yoxdur. Bundan başqa, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verilib-verilməməsi müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə, işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə, məhkəmənin gəldiyi qənaətə görə, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar