Məhkəmə qərarları › İş №3(074)-377/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-377/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-377/2025 14.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinin icra edən X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 27 oktyabr 1980-ci ildə Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Şirvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X6 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X1 13860 manat, Şəxs 13035 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Eyni zamanda, Şamaxı rayon Məhkəməsinin 2(074)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 100 manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq X3, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 8(074)- 55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, borclu Şəxs mülkiyyətində olan “QAZ 5312” yük markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2024-cü il tarixli qərara əsasən, borclu Şəxs məxsus “QAZ 5312” yük markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı qərara alınmışdır. Lakin, borclu avtomobili etibarnamə əsasında başqa şəxsə satması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli qərara əsasən, borclu Şəxs axtarışı qərara alınmışdır. Borclunun əmlak və gəlirlərinin axtarışı zamanı, borcluya məxsus reyestr nömrələri **********92, **********91 olan torpaq sahələrinin, “QAZ 5312” yük markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin olması və "xxxx" MMC-də sürücü, yükləyici vəzifəsində çalışması aşkar edilmişdir. Borclu torpaq sahələrinin kənd təsərrüfat təyinatlı olduğunu bildirmişdir. Borclu ümumilikdə 700 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, icra sənədi barəsində məlumatlıdır, icraata başlamaq haqqında qərar və bildiriş ona təqdim edilmişdir. Aylıq gəliri 500 (beş yüz manat) təşkil edir. Ödənişləri aylara bölünməklə hissə-hissə etməyə hazırdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli hesab edərək, cərimə olunmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-7/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X1 13860 (on üç min səkkiz yüz altmış) manat, Şəxs 13035 (on üç min otuz beş) manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Eyni zamanda, Şamaxı rayon Məhkəməsinin Şamaxı rayon Məhkəməsinin 2(074)- 7/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlərdən müştərək qaydada alınaraq X3, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclular X2 və Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli, 325/6 nömrəli bildirişin surətindən görünür ki, borclular X2 və Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 02 iyul 2025-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Şamaxı rayonu, Şirvan kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan borclunun əmlakının axtarışı haqqında 26 sentaybr 2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs məxsus “QAZ 5312” yük markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin axtarışı qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, borclu Şəxs borcundan 700 manat ödəniş edə biləcəyini, qalıq borcunun isə əmək haqqında tutulmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borclu Şəxs icra sənədlərindən məlumatlı olduğunu, 15 gün vaxt verilməsini xahiş etməklə kredit götürüb borcu ödəyəcəyini bildirmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclu Şəxs reyestr nömrələri **********92, **********91 olan torpaq sahələrinin, “QAZ 5312” yük markalı, “**-BX-***” dövlət qeydiyyat nişanlı avtomobilin olması və "xxxx" MMC-də sürücü, yükləyici vəzifəsində çalışması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 28980 nömrəli qəbzin surətindən görünür ki, borclu Şəxs icra sənədi üzrə borcdan 700 (yeddi yüz) manat ödəniş etmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, özünü təqsirli bilməsini nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürür Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar