Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-378/2021 17.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon yol patrul xidməti baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X6 X7 tərəfindən tərtib olunmuş 17.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon yol patrul xidməti baş inspektoru X2 izahatında göstərdi ki, 17.11.2021-ci il tarixində saat təxminən 09:15 radələrində Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21063” minik markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı rayon Şəhriyar qəsəbəsi ərazisnin 01 kilometrliyində əks istiqamətində hərəkətdə olan X3 idarə etdiyi “MERSEDES BENZ E270” minik markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yoluna çıxararq yol nəqliyyatı hadisəsi törətmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, 17.11.2021-ci il tarixində saat təxminən 09:15 radələrində idarə etdiyi “VAZ 21063” minik markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şəhriyar qəsəbəsindən üzü Şamaxı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “MERSEDES BENZ E270” minik markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yoluna çıxaraq toqquşmuşlar. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, hadisə vaxtı heç bir xəsarət alan olmayıb və avtomobilə dəymiş ziyanın ödənilməyib. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan 17.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21063” minik markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Şamaxı rayon Şəhriyar qəsəbəsi ərazisnin 01 kilometrliyində əks istiqamətində hərəkətdə olan X3 idarə etdiyi “MERSEDES BENZ E270” minik markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının yoluna çıxararq yol nəqliyyatı hadisəsi törətmişdir. Hadisə nəticəsində “MERSEDES BENZ E270” minik markalı **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan 17.11.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs sürücülük hüququnun olub-olmaması Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsinin mərkəzi məlumat xidmətinin bazasında yaxlanılarkən da Şəxs məxsus sürücülük hüququnun olmaması müəyyən edilmişdir. İş materiallarında olan 283 nömrəli 17.11.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 17.11.2021-ci il tarixdə saat 11:00-da X4 ayıqdır. İş materiallarında olan 288 nömrəli 17.11.2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, 17.11.2021-ci il tarixdə saat 15:40-da Şəxs ayıqdır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun yaşını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-378/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-378/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver