Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-378/2023 22.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X1 iştirakı ilə, xx xxxx 1993-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, 22 avqust 2023-cü il tarixdə saat 13 radələrində Şamaxı şəhərində Heydər Əliyev prospektində uca səslə nəlayiq ifadələr işlətmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verərək bildirdi ki, 22 avqust 2023-cü il tarixdə saat 13 radələrində Şamaxı şəhəri Heydər Əliyev prospektində yol patrul xidmətinin əməkdaşları onun idarə etdiyi “BMW” markalı ** KS *** dövlət nömrə nişanlı avtomaşını saxlatdırıb, ona avtomaşına əlavə örtüklər yerləşdirməsini irad tutanda əsəbləşmiş, uca səslə söyüş söymüşdür. Bu zaman ona yaxınlaşan polis əməkdaşları onu intizama dəvət etsə də, o, polisin qanuni tələbinə tabe olmamışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X2 göstərdi ki, Şəxs adlı şəxs 22 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Şamaxı şəhərində Heydər Əliyev prospektində ucadan nəlayiq ifadələr işlətdiyi üçün, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindiirlmmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində Şamaxı şəhəri, H.Əliyev prospektində “KİA” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində polis baş serjantı Samir Hacıyevlə birlikdə xidmətdə olan zaman, qarşıda hərəkətdə olan “BMW” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsinin əlavə örtüklərəri olduğu üçün həmin nəqliyyat vasitəsinə saxla işarəsi vermişlər və həmin sürücüyə yaxınlaşıb özlərini təqdim edib sənədlərini istəmişdir. Daha sonra həmin şəxsə qayda pozuntusunu izah etmiş, protokol tərtib edəcəyini bildirmiş, sürücü bundan aqressivləşərək, ünvanlarına təhqiramiz ifadələr işlətmişdir. Həmin sürücünü nizamintizama dəvət etsələr də, onların qanuni tələblərinə qəsdən məhəl qoymayaraq, öz qərəzli hərəkətlərini davam etdirmişdir. Sürücünü dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq, onların qanuni tələblərinə məhəl qoymayaraq, ünvanlarına nalayiq ifadələr işlətmiş və idarə etdiyi avtomobilə əyləşərək, həmin yerdən uzaqlaşmaq istəyən zaman, onun barəsində tədbir görülməsi üçün Şamaxı Rayon Polis Şöbəsinə dəvət etsələr də, sonuncu imtina edərək, onlara müqavimət göstərmişdir. Daha sonra həmin sürücünün barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə gətirmişlər. RPŞ-də məlum oldu ki, həmin sürücü Şəxsdur. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, daha ciddi xətanı əhatə edən İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 19:10-dan hesablansın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-378/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-378/2023
22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver