Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-378/2025 15.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlu, X1 barəsində tərtib edilmiş 09 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X3 şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş 09 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, şikayət sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan müəyyən olunur ki, X1 barəsində tərtib edilmiş 09 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin izah edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarları əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 20 günlük müddət ərzində (İXM-nin 126.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 109cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 barəsində tərtib edilmiş 09 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(074)-378/2025
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-378/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver