Məhkəmə qərarları › İş №3(074)-380/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-380/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-380/2023 04.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, səlahiyyətli orqan - Azərbaycan Respublikası Qida X2 X8 nümayəndəsi X7 və şikayət vermiş şəxs - X5 iştirakı ilə, Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən qəbul edilmiş MN1312920 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X9 şikayətlə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Qida X2 X8 MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 12 avqust 2023-cü il tarixində qərar göndərilmişdir. Həmin qərar MN №1312920 saylı, 01 avqust 2023-cü il tarixlidir. Bu qərarda yazılmışdır ki, Şamaxı şəhəri N.Nərimanov küçəsində fəaliyyət göstərən ət satışı məntəqəsində heyvan mənşəli məhsulların baytarlıq və sanitariya exspertizası keçirilmədən satışı və istehsalı həyata keçirilmişdir. Bu əsasda onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş və eyni Məcəllənin 31, 112 və 115-ci maddələri rəhbər tutularaq, ona 300 manat cərimə yazılmışdır. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə ona cəriməni ödəmək üçün qərara 3-44-3/2-777/23 saylı məktub əlavə edilmişdir. Həmin məktubdan görünür ki, məktuba qoşma kimi ödəniş kodu yazılmışdır. Lakin, gerçəklikdə həmin məktuba hər hansı ödəniş kodu əlavə edilməmişdir. Barəsində çıxarılmış bu qərardan narazıdır. Çünki həmin qərarda barəsində yazılanların hamısı yalandır. Məhkəmə iclasında X9 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən ət satışı məntəqəsi Səbuhi adlı şəxsə məxsusdur. Həmin gün Səbuhi xəstə olduğundan ona kömək etməsini xahiş etmişdir. Həmin obyektlə bağlı onun heç bir əlaqəsi olmadığını bildirib, şikayətin təmin edilərək, Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X2 X8 nümayəndəsi X7 izahat verərək şikayətin əsassız olduğunu bildirib, rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X3 şəhəri, N.Nərimanov küçəsində yerləşən ət satış məntəqəsində qeydiyyatdan keçirilməmiş əti satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida X2 X8 MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən ət satışı məntəqəsində heyvan məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışı və istehsalı həyata keçirilmişdir. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X2 X8 ŞİBP-23/024nömrəli bildirişin surətindən görünür ki, Şamaxı rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olan materiala əsasən, Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən ət satış mağazasında çalışan X9 tərəfindən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıqsanitariya) ekspertizası aparılmadan satışı və istehsalı həyata keçirilmişdir. Buna görə, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 101.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Azərbaycan Respublikası Qida X2 X11nə göndərilmişdir. Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 61.3-cü maddəsinə əsasən, həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün 01 avqust 2023-cü il tarixində saat 11:00-da Şamaxı şəhəri, Bakı-Şamaxı şossesi 120-ci km ünvanında yerləşən Azərbaycan Respublikasının Qida X2 X11nə dəvət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X2 X8 01 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Qida X2 X11 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar