Məhkəmə qərarları › İş №3(074)-382/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-382/2023

05.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-382/2023 05.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Şamaxı şəhəri, X10 küçəsi ev 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Şamaxı regional “ASAN” xidmət mərkəzinin xx.xx.2023-cü il tarixli, 8İ-6320 saylı icra qeydini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Novruzov tərəfindən MN ******* nömrəli, xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Orxan Novruzov göstərdi ki, Şamaxı regional “ASAN” xidmət mərkəzinin xx.xx.2023-cü il tarixli, 8İ-6320 saylı icra qeydinə əsasən, Şəxs 1525 manat pul Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Hazırda Şamaxı regional “ASAN” xidmət mərkəzinin xx.xx.2023-cü il tarixli, 8İ-6320 saylı icra qeydi üzrə 1525 manat borcu qalmaqdadır. Bu səbəbdən də, Şəxs Abas qızının barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Şamaxı regional “ASAN” xidmət mərkəzinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ondan 1525 manat pul Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Hazırda heç bir yerdə işləmədiyindən və himayəsində İ qrup əlil övladı olduğundan, Şamaxı regional “ASAN” xidmət mərkəzinin icra qeydini icra edə bilməmidir. Lakin, hazırda icra qeydində göstərilən 1525 manat borcundan 100 manat məbləğini Zərərçəkmiş şəxs ödəmiş və qalan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürür. Odur ki, məhkəmədən qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şamaxı regional “ASAN” xidmət mərkəzinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, Şəxs Abas qızından 1525 manat pul onun xeyrinə ödənilməlidir. Lakin, Şəxs tərəfindən borc tam ödənilməmiş və bu səbəbdən də, həmiş şəxsin barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Şamaxı regional “ASAN” xidmət mərkəzinin xx.xx.2023-cü il tarixli, 8İ-6320 saylı icra qeydindən görünür ki, Şəxs 1525 manat pul Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş materialında olan qəbzdən görünür ki, Şəxs icra sənədinə əsasən ödənilməli olan 1525 manat borcundan Zərərçəkmiş şəxs xeyrinə 100 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığı üçün, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar