Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-382/2025 28.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Mənsimova Səbinə Babək qızının katibliyi, Şamaxı rayon X3 X4 yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X1 iştirakı ilə, xx xxxxxxxx 1980-ci ildə Şamaxı rayonu, Sis kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şamaxı rayonu, Avaxıl kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci, 342.5 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1, 342.5 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon X3 X4 yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, 15 avqust 2025-ci il tarixdə axşam 23.00 radələrində Şamaxı rayonu, Avaxıl kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan xx xxxxxxxx 1980-ci il təvəllüdlü Şəxs məxsus “QAZ 3110” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıq sistemi nasaz olduğu üçün tərəfimdən saxlanılmışdır. Saxlanılan zaman sürücü Şəxs sənədləri tələb olunarkən, kəskin spirtli içki gəldiyi üçün Şamaxı RPŞ-yə dəvət olunmuşdur. Lakin, sürücü Şəxs nəqliyyat vasitəsini tərk edərək, oradan qaçaraq uzaqlaşmışdır. Bütün bunlar **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilinin müşahidə kamerası ilə qeydə alınmışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 16 avqust 2025-ci il tarixli Raportdan görünür ki, 15 avqust 2025-ci il tarixdə axşam 23.00 radələrində Şamaxı rayonu, Avaxıl kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan xx xxxxxxxx 1980-ci il təvəllüdlü Şəxs məxsus “QAZ 3110” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıq sistemi nasaz olduğu üçün Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı X2 tərəfindən saxlanılmışdır. Saxlanılan zaman sürücü Şəxs sənədləri tələb olunarkən, kəskin spirtli içki gəldiyi üçün Çamaxı RPŞ-yə dəvət olunmuşdur. Lakin, sürücü Şəxs nəqliyyat vasitəsini tərk edərək, oradan qaçaraq uzaqlaşmışdır. Bütün bunlar **-YP- *** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilinin müşahidə kamerası ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1, 342.5 və 329.3-cü maddələri ilə nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 21 avqust 2025-ci il tarixli izahatdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə sat 22.30 radələrində Şamaxı rayonu, Sis kənd yolunda özünə məxsus “QAZ 3110” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində nasazlıq olduğu üçün dayanmış və təmir etməyə çalışmışdır. Bu zaman, ona YPX inspektoru yaxınlaşıb spirtli içki qəbul edib-etmədiyini soruşdu. Cavab olaraq bildirmişdir ki, spirtli içki qəbul etməmişdir. YPX inspektoru ona alkotesterdən müayinədən keçməyi təklif etmiş, o, bundan imtina etmiş və bildirmişdir ki, spirtli içki qəbul etmiş olsa da belə, hərəkətdə deyildir. Sonra polis əməkdaşı ona məxsus nəqliyyat vasitəsinə əyləşərək onu da, dəvət etdi. O, əyləşdi və görəndə ki, həqiqətən ona məxsus nəqliyyat vasitəsini duracağa aparırlar nəqliyyat vasitəsini tərk etmiş, uşaqlarının yanında alçalmamaq üçün başqa hərəkətə yol vermədən qaçaraq biraz uzaqlaşmışdır. İş materiallarında olan **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilinin müşahidə kamerası ilə qeydə alınmış video görüntündən görünür ki, Şəxs özünə məxsus “QAZ 3110” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərk edərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, Şəxs həmin əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 saylı qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Lakin iş materiallarında olan **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilinin müşahidə kamerası ilə qeydə alınmış video görüntündən görünür ki, Şəxs özünə məxsus “QAZ 3110” minik markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tərk edərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə yanaşı, həmçinin 342.5-ci və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 329.3-cü maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon X3 X6 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şamaxı rayon X3 X6 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №3(074)-382/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-382/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver