Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-383/2023 11.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X2 Bölməsinin sahə rəisi X4, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı ilə, xx xxxxxx 1999-cu ildə təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, 05 iyul 2023-cü il tarixdə saat 11:05 radələrində ünvan 2 ünvanında keçmiş qayanasını Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahat verib bildirdi ki, Şahin adlı şəxs keçmiş əri olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmasada, aralarında ədavət, dava-dalaş olmamışdır. Şahin ilə 2018-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan bir qız uşaqları dünyaya gəlmişdir. 2020-ci il tarixdə evdə mübahisələri yaranmış, 2022-ci il tarixdə də rəsmi Şamaxı Rayon Məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Məhkəmənin qətnaməsində beş gün özündə olması göstərilmişdir. Onlarda isə iki gün qalması qeyd edilmişdir. Hal-hazırda da özlərinin işi Şamaxı Rayon Məhkəməsində uşağın kimdə qalması ilə bağlı davam edir. 05 iyul 2023-cü il tarixdə uşağını götürmək məqsədi ilə keçmiş qayınanası gilə getmiş, orda olan zaman uşağını istəmiş, ona uşağı vermək istəmədiylərini demişlər. Sonra onların yanında görmək istədiyini desədə lakin bunlara baxmayaraq uşağı ona verməmişlər. Həmin anda Ülkər onun qoluna vurmuş, sonra qayınanası evə gəlmiş, evdə onunlada mübahisəsi olmuş, qonşular gəlib onları aralamışlar. Söhbət böyüməsin deyə özü Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Sonrada Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinində xəsarətinin olmadığına görə ekspertizadan keçməkdən imtina etmişdir. Həmin hadisə zamanı Sevda və Ülkərə qarşı özünü müdafiə etmiş, onlara əl qol atmış, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə zamanı hadisə yerində ondan başqa Yasəmən, Fatma, Gülnarə, Ülviyyə, Sevda və Şahin olmuş, əlavə heç kim olmamışdır. Həmin hadisə zamanı Ülkər onun üzərinə gələrək qoluna silə vurmuşdur. Baş vermiş hadisə təxminən dörd-beş dəqiqə ərzində davam etmişdir.Qeyd edilənlərə əsasən onun barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verib göstərdi ki, Ulduz adlı şəxs keçmiş gəlmi olmaqla, həmin şəxslə münasibətləri yaxşı olmasada, aralarında ədavət, dava-dalaş olmamışdır. Oğlu Şahin 2018-ci ildə Ulduz adlı qadınla ailə həyatı qurmuş, birgə nigahdan bir qız uşaqları dünyaya gəlmişdir. 2020-ci il tarixdə evdə mübahisələri yaranmış, 2022-ci il tarixdə də rəsmi Şamaxı rayon məhkəməsinin qətnaməsi ilə boşanmışlar. Məhkəmənin qətnaməsində iki gün onlarda olması göstərilmişdir. Hal-hazırda da etiraz etdiylərinə görə Şamaxı rayon Məhkəməsində uşağın alınması ilə bağlı işlərinə baxılır. Buna baxmayaraq 05 iyul 2023-cü il tarixdə keçmiş gəlni evlərinə gəlmiş ,uşağı istəmiş, o da həmin anda işlərinin məhkəmədə olduğunu desədə bununla razılaşmamış, üzünə başına şillələr atmış, həmin vaxt qızı Ülviyyə onları aralamış, sonra Ulduz bundan qorxub evdən uşağı almadan özü çıxıb getmişdir. Sonra hadisə barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Polis əməkdaşları gəldikdə Şamaxı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Ulduza qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Səbəbidə onun epilepsiya xəstəsi olmasından qorxub ona heçnə etməməsidir. Həmin hadisə zamanı hadisə yerində ondan başqa qonşuları Yasəmən, Fatma, Ulduz, Gülnarə, Ülviyyə və Şahin olmuş, əlavə heç kim olmamışdır. Həmin hadisə zamanı onun üzərinə gələrək əli ilə baş nahiyyəsinə və üzünə sillə ilə vurmuşdur. Baş vermiş hadisə təxminən dörd-beş dəqiqə ərzində davam etmişdir. O, Şamaxı RPŞ-nin QT-nin təhqiqatçısı Ağa Məmmədov tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından narazı olmuş və hazırda həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, 05 iyul 2023-cü il tarixdə, saat 11:55-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda olan ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək keçmiş gəlini Ulduzun onun evinə gələrək münaqişə yaratması və onu döyməsini barədə məlumat daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 05 iyul 2023-cü il tarixdə saat 11:05 radələrində ünvan 2 ünvanında keçmiş qayanasını Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla bağlı, onun tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə vermiş olduğu şikayət ərizəsinin surətindən görünür ki, Şamaxı RPŞ-nin QT-nin təhqiqatçısı Ağa Məmmədov tərəfindən qəbul edilmiş 18 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsini və işin ibtidai istintaqın aparılması Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-383/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-383/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver