Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-384/2020 08.12.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, xx.xx.1977-ci ildə Şamaxı rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, 1-ci Çaylı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cərimə borcunu ödəməmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixli EQ № ******* saylı protokola əsasən, X1 tələblərini pozduğu üçün AR İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs inzibati xəta törətməsi işə əlavə edilmiş inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 10 ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-384/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-384/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver