Məhkəmə qərarları › İş №3(074)-389/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-389/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-389/2025 18.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, 22 avqust 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən onun iştirakı olmadan iclasın keçirilməsini və onun barəsində yüngül qərar qəbul edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs idarə etdiyi “BMW X5” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Hyundai İ30» minik markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «Hyundai İ30» markalı avtomobilin sürücüsü Hacımurad Fərəcli və həmin avtomobildə olan sərnişinlər - 1979-cu il təvəllüdlü X2, 2009-cu il təvəllüdlü X8, 1952-ci il təvəllüdlü X4 və 1999-cu il təvəllüdlü X5 xəsarət almışlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 76 nömrəli “Sərxoşluq vəziyyətinin müayinəsi” Aktından görünür ki, Şəxs alkoqol, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan qeydiyyat nömrəsi 00510 saylı sərxoşluq vəziyyətinin alkotestr müayinəsindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə müayinə vaxtı (0,000 promil) alkoqol sərxoşluğu aşkar olunmamışdır. İş materiallarında olan BD 953148 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 119 nömrəli rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər - sağ sağ gözün ağlı qişasına qansızma, gözün üst qapağının hematoması küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sərnişin qismində alınması mümkündür. X3 almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1486 nömrəli ekspert rəyindən görünür ki, “BMW X5” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan-Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Hyundai İ30» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə hadisə yerində «Hyundai İ30» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qalmış tormoz izinə uyğun hərəkət sürəti 68 km/saatdır. Lakin rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə «Hyundai İ30» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlanmadan əvvəlki hərəkət sürəti 68 km/saatdan böyük olmuşdur. İş materiallarında olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər X2, X7 və X4 istintaq orqanına ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı üzrə təqsirkar sürücülərlə barışdığını, onlara qarşı şikayətlərinin olmadığını bildirərək sürücülər barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ağamir İbrahimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarı təsviri hissəsində şərh edilənlərə əsasən xx.xx.1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndəşı, məhkum olunmamış, ali təhsili, ailəli, işsiz, Şamaxı şəhəri, H.Məmmədova küçəsi, ev 17-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, xx.xx.2003cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı məhkum olunmamış, orta təhsilli, ailəli, işsiz, Şamaxı şəhəri, Aşıq Məmmədağa küçəsi, №-siz həyət evində yaşayan X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənbeh edilməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilməsi, X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tənt edilməsi üçün qərarın surəti BDYPİ YPXA-na göndərilməsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmə hüquqlarının olması izah edilməsi, qərar razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluquna təqdim edilməsi qərar alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspertiza rəyi, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini və zərərçəkmiş şəxslə barışmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar