Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-391/2024 30.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X2, Şamaxı rayon Yol patrul xidmətinin inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıq hörmətsizlik etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə «Vaz 2107» minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununlada Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında protokollar tərtib olunmuş və baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilib izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə biraz içki qəbul etmiş və dostu Yusif ilə birlikdə ona məxsus olan «Vaz 2107» minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda ictimai qaydanı pozmaqla idarə etmişdir. Onu polis əməkdaşları saxlamış və polis əməkdaşalrı ilə mübahisəsi baş vermişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Göstərilənlərə əsasən, barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X2 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə içki qəbul etmiş və dostu Yusif ilə birlikdə «Vaz 2107» minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda ictimai qaydanı pozmaqla idarə etmişdir. Yol-patrul xidmətinin əməkdaşlarına həmin hadisə barədə məlumat verilmiş və həmin avtomobil saxlanılmışdır. Həmin zaman, spirtli içkinin təsiri altında olan Şəxs polis əməkdaşlarını nəlayiq ifadələrlə təhqir etmiş və nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, öz hərəkətini davam etmişdir. Bu səbəbdən də, Şamaxı şəhər sakini Şəxs polis şöbəsinə gətirilmişdir. Nəticədə həmin şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Şamaxı rayon Yol patrul xidmətinin inspektoru X1 göstərdi ki, xx.xx.2024-cü il tarixdə içki qəbul etmiş və dostu Yusif ilə birlikdə «Vaz 2107» minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda ictimai qaydanı pozmaqla idarə etmişdir. Nəticədə həmin şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində ictimai qaydanı kobud surətdə pozmuş, cəmiyyətə açıq hörmətsizlik etmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə «Vaz 2107» minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş halda idarə etmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında qəbzdən görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 0.987 faiz promil həddində müəyyən olunmuşdur. Bundan başqa iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməllərdən səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən, inzibati xətaları sərxoş vəziyyətdə törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla daha ciddi xətanı əhatə edən İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-391/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-391/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver