Məhkəmə qərarları › İş №3(074)-392/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-392/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-392/2023 30.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil Ələsəm oğlunun iştirakları ilə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1990-cə ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)- 40/2015 saylı, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-126/2022 saylı, Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli, 8İ-6252 saylı və Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli, 8İ-900004 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Babək İsmayılov tərəfindən MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-40/2015 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 ödənilməlidir. Bundan başqa Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(074)-126/2022 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Əməldar oğlundan 15.011.2021-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Bundan başaqa Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, Şəxs Əməldar oğlundan 439 manat əsas borc, 66 manat cərimə və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 530 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs Əməldar oğlundan 1488,27 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumu, cəmi 1513,27 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra, icraata başlanılmış və icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə, borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş və inzibati məsuliyyətə cəlb olunacağı haqqında xəbərdarlıqlar olunmuşdur. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Hazırda borclunun icra sənədləri üzrə 7807,27 manat borcu yaranmışdır. Lakin, borclu yaranmış borcunu ödəməyə imkanının olmamasını əsas gətirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, icra sənədlərinin icrasından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-40/2015 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 ödənilməlidir. Bundan başqa Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-126/2022 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Əməldar oğlundan 15.011.2021-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Bundan başaqa Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, Şəxs Əməldar oğlundan 439 manat əsas borc, 66 manat cərimə və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 530 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs Əməldar oğlundan 1488,27 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumu, cəmi 1513,27 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcu yaranmışdılr. İşləyib gəlir əldə etdiyi təqdirdə, yaranmış borcunu ödəməyi öhdəsinə götürür. Odur ki, qərar qəbul edərkən, qeyd olunanları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil Ələsəm oğlu göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-40/2015 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 ödənilməlidir. Bundan başqa Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-126/2022 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Əməldar oğlundan 15.011.2021-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Bundan başaqa Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, Şəxs Əməldar oğlundan 439 manat əsas borc, 66 manat cərimə və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 530 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs Əməldar oğlundan 1488,27 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumu, cəmi 1513,27 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Lakin, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcu yaranmışdılr. Qeyd edilənləri nəzərə alaraq Şəxs Əməldar oğlu barəsində yüngül inzibati tənbeh tədbirini görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-40/2015 saylı icra sənədinə əsasən, Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 ödənilməlidir. Hazırda Şəxs aliment borcu yaranmış və borcunu ödəməkdən yayınır. O, icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsini tələb edərək, tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-40/2015 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 ödənilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)-126/2022 saylı icra sənədindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Əməldar oğlundan 15.011.2021-ci il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2023-cü il tarixli icra qeydindən görünür ki, Şəxs Əməldar oğlundan 439 manat əsas borc, 66 manat cərimə və 25 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 530 manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzinin xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs Əməldar oğlundan 1488,27 manat əsas borc və 25 manat ödənilmiş dövlət rüsumu, cəmi 1513,27 manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və o, həmin maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında qeyd olunur ki, “İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir”. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati qaydada həbs növündə cəza təyin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 30 avqust 2023-cü il tarixdən, saat 15:50-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında göstərdiyi 1 (bir) saat hüquqi yardıma görə 6 (altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar