Məhkəmə qərarları › İş №3(074)-392/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-392/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-392/2024 30.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx xxxxxx 2002-ci Şamaxı rayonu, Mədrəsə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında göstərdi ki, X6 xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində ictimai asayişi kobud formada pozaraq cəmiyyətə açıqca hörmətsizlik edərək və polisin tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, polis əməkdaşları onu saxladıqdan sonra Səxavət Nəzərov polis əməkdaşlarını mobil telefonla görüntüyü almış və onlarla mübahisə etməyə başlamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostu Səyyad Pənahovun idarə etdiyi “Vaz 2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə içkili vəziyyətdə əyləşərək ayağını pəncərədən çölə çıxarıb uca səslə nalayiq ifadələr işlədərək qəsəbə içərisində maşınla hərəkətdə olan zaman polis əməkdaşları onlara saxla işarəsi vermişlər, onlar polisə məhəl qoymayaraq hərəkətə davam etmişlər və həmin yerdən uzaqlaşmışlar. Daha sonra YPX əməkdaşları və digər polis əməkdaşları onları saxlamışlar, etdikləri qayda pozuntuları onlara izah edib, nizam intizama dəvət etmişlər və sonra şöbəyə gətirmişlər. Etdiyi əmələ görə çox peşmandır və nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPXnin inspektoru, polis baş serjantı X5 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radelərində DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Yusif Xəlilovla birlikdə Şamaxı şeherində xidmətdə olan zaman efir vasitəsilə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmalı olduğu üçün onları hadisə yerinə dəvət etmişlər, onlar həmin yerə yaxınlaşan zaman həmin avtomobilin qəsəbə daxilində yüksək sürətlə hərəkətini davam etdirməsini, polis əməkdaşlarının saxla işarəsinə məhəl qoymadıqlarını görmüşlər, daha sonra onlar vətəndaşa saxla işarəsi verdikdən sonra vətəndaş avtomobili saxlamaqdan imtina etsə də, az müddət sonra avtomobil tərəflərindən saxlanılmış, yaxınlaşıb vətəndaşa özlərini təqdim etdikdən sonra onlara pozduğu qayda pozuntusunu və qanunun tələblərini izah etmişlər, spirtli içkinin təsiri altında olduqları üçün barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər, vətəndaşlar onların qanuni tələblərinə qəsdən tabe olmayaraq RPŞ-nə gəlməkdən imtina etmişlər və onlara qarşı qərəzli davranışlarına davam etmişlər, daha sonra həmin vətəndaşlar onlarla birlikdə RPŞ-nə gətirilmişlər. RPŞ-də həmin şəxslərin X7 və X6 olmaları məlum olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019691 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə X6 xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X13 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Elçin Osmanovla birlikdə Şamaxı rayonu, Mədrəsə qəsəbəsində xidmətdə olan zaman həmin qəsəbə sakinlərinin davamlı narazılıqlarına əsasən “Vaz 2107” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sürücünün yanında əyləşən sərnişin qəsəbədə ictimai qaydanı və ictiami asayişi dəfələrlə və kobudcasına pozaraq nalayiq ifadələr işlətməsi, içkili avtomobil idarə etməsi, cəmiyyətə açıqca hörmətsizlik etdikləri üçün tərəflərindən həmin avtomobilə saxla işarəsi verilmiş və həmin şəxslər saxla işarəsinə məhəl qoymayaraq qəsəbə daxilində yüksək sürətlə hərəkətlərini davam etdirmişlər, daha sonra DYPB-nin YPX-nın inspektorlarını avtomobili saxlatdırmaq üçün hadisə yerinə dəvət etmişlər, daha sonra həmin şəxslər avtomobili saxlayaraq düşmüşlər və onlar onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra pozduqları qayda pozuntusunu və qanunun tələblərini izah etmişlər, barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər, lakin həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmayaraq RPŞ-nə gəlməkdən imtina etmişlər, daha sonra onlar onlarla birlikdə RPŞ-nə gətirilmişlər. RPŞ-də həmin şəxslərin X7 və X6 olmaları məlum olmuşdur. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X1 rayonu, Mədrəsə qəsəbəsində **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən ictimai qaydanı və ictimai asayişi dəfələrlə və kobudcasına pozaraq nalayiq ifadələr işlətmişlər. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X2 əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. X2 əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə X4 inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 may 2024-cü il tarix, saat 19:00-dan hesablansın. X6 inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar