Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-396/2021 02.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 02.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(074)-904/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 18.07.2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 21.05.2010-cu il təvəllüdlü X5 və 08.01.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş və onun barəsində axtarış elan edilmişdir. Şəxs isə izahat verərək bildirmişdir ki, bu gün ödəniş edə bilmədiyini ona vaxt verilməsini istəmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hal-hazırda Şəxs icra sənədi üzrə ödənilməmiş 607 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmişdir. Lakin əmək haqqın hər ayın 10-dan sonra aldığından hal-hazırda ödəniş edə bilmir. Ona möhlət verilsə borcunu ödəyəcəkdir. Hazırda ona hesablanan borcda dekabr ayıda nəzərə alındığı üçün borcu belə çoxdur. Ancaq o, hər ay borcundan müxtəlif məbləğlərdə ödənişlər edib. Sonuncu dəfə isə 25.11.2021-ci il tarixdə 149 manat ödəniş etmişdir. Odur ki, bütün bunları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 nümayəndəsi X3 izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hal-hazırda zərərçəkmiş şəxs X8 607 manat məbləğində aliment borcu vardır. Borcun ödənilməsini istəyir. Uşaq xəstədir müalicə olunmalıdır. Odur ki, hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(074)- 904/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 18.07.2019-cu il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 21.05.2010-cu il təvəllüdlü X5 və 08.01.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 29.11.2019-cu il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(074)-904/2019 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 19.11.2021-ci il tarixli qərarın surətindən görünür ki, Şamaxı rayonu Göylər kəndində qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan zərəçəkmiş şəxs (tələbkar) X7 Şamaxı rayon İcra və probasiya Şöbəsinə 02.12.2021-ci il tarixdə ünvanladığı ərizəsinin surətində görünür ki, Şəxs 2021-ci ilin dekabr ayı daxil olmaqla 607 manat aliment borcu yaranmışdır. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan köçürmə qəbzlərin surətlərindən görünür ki, Şəxs tərəfindən X7 hesabına 03.02.2021-ci il tarixdə 483 manat, 11.02.2021-ci il tarixdə 70 manat, 03.04.2021-ci il tarixdə 100 manat, 27.05.2021-ci il tarixdə 80 manat, 21.06.2021-ci il tarixdə 190 manat, 21.06.2021-ci il tarixdə 200 manat, 07.07.2021-ci il tarixdə 195 manat, 09.08.2021-ci il tarixdə 180 manat, 26.10.2021-ci il tarixdə 200 manat və 25.11.2021-ci il tarixdə 149 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcundan ödənişlər etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-396/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-396/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver