Məhkəmə qərarları › İş №3(074)-397/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-397/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-397/2021 03.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Şamaxı rayonu, Həmyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 03.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, vətəndaş Şəxs 02.12.2021-ci il tarxdə saat 23.30 radələrində Bakı-Şamaxı–Yevlax yolunun 121 km. YPX-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 02.12.2021-ci il tarixdə təxminən saat 23:00 Bakı-Şamaxı-Yevlax yolunun 121 km. idarə etdiyi Mersedes markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili uzaqvuran işiqlardan istifadə etdiyi üçün DYPB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı özünü təqdim etmiş qayda pozuntusunu izah edərək sənədlərin təqdim edilməsini istəmiş, o, adına etibarnamənin olmadığını bildirərək heç bir sənəd təqdim etməmiş, avtomaşının ödənməyən cərimələri olduğu müəyyən olunmuşdur. Ona açarları təqdim etməsi və avtomaşının RPŞ-nin duracağına yerləşdirilməsi izah edildikdə, onunla polis əməkdaşları arasında mübahisə yaranmışdır. Sonra PPX-nin əməkdaşları gəlmiş, onu və idarə etdiyi avtomobili RPŞ-nə gətirmişlər. O, etdiyi əmələ görə polis əməkdaşlarından üzr istədiyini və etdiyi əməldən peşman olduğunu bildirdi. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin polis serjantı baş serjantı Ziya Güliyev tərəfindən tərtib edilmiş 02.12.2021-ci il tarixli raportdan görünür ki, 02.12.2021-ci il tarixdə saat təxminən 23:00 radələrində KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə DYPB-nin baş inspektoru polis kapitanı Vahid Zərbalıyevlə birlikdə xidmətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 121 km. Mersedes markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil uzaqvuran işiqlardan istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, o, həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş qayda pozuntusunu izah edərək sənədlərin təqdim edilməsini istəmiş, sürücü etibarnamənin olmadığını bildirərək heç bir sənəd təqdim etməmiş, xidməti istifadələrində olan bortkompüter vasitəsi ilə dövlət qeydiyyat nişanınl yoxlayarkən avtomaşının ödənməyən cərimələri olduğu müəyyən olunmuşdur. Sürücüyə avtomaşının RPŞ-nin duracağına yerləşdirilməsini izah etdikdə, sürücü onların qanuni tələblərinə qəsdən tabe olmamış, onlar sürücünü dəfələrlə nizam intizama dəvət etsələrdə o öz hərəkətlərini davam etdirmiş, onlar efir vasitəsi ilə növbətçi hissədən kömək istəmişlər, həmin ünvana PPX-nin əməkdaşları gəlmiş, əməkdaşların köməkliyi ilə sürücünü və idarə etdiyi avtomobili RPŞ-nə gətirmişlər. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 02.12.2021-ci il tarixdə X1 qanında alkoqolun konsentrasiyasının həcmi 0,000 promildir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 02.12.2021-ci il tarixli BB № 018981 nömrəli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:30-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8(səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 dekabr 2021-ci il tarixdən saat 23:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar