Məhkəmə qərarları › İş №3(074)-398/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-398/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-398/2021 06.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1938-ci ildə Şamaxı rayonu, Qaladərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təqaüdçü, Şamaxı rayonu, Qaladərəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 06.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, X5, 12 noyabr 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə həmkəndlisi, Şəxs onu Şamaxı şəhəri ərazisində döyməsini göstərmişdir. Bu səbəbdən də X1 müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Ceyhun Nuriyev onun həmkəndlisi olmaqla onunla əvvəllər münasibətləri yaxşı olmamış, aralarında münaqişlər olmuşdur. Ceyhun Nuriyev onun kənddə suyunu kəsməsi səbəbindən aralarında olan münaqişə daha da böyümüş, aralarında olan münaqişlərlə bağlı rayon polis şöbəsində dəfələrlə araşdırma aparılmışdır. Diabet şəkər xəstəsidir. 12 noyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Şamaxı rayon Mərkəzi Xəstəxanasına baş həkimin yanına gəlmiş, baş həkimin otağından çıxan zaman Ceyhun Nuriyev ona yaxınlaşaraq ona sataşıb, alçaldıcı sözlər demiş, bundan sonra ona fikir verməyərək xəstəxanadan çıxmışdır. Poliklinikanın qarşısında olan zaman Ceyhun Nuriyev ona yaxınlaşaraq “sən hara getsən mən sənin kitabını bağlamışam” demişdir. Bundan sonra Ceyhun Nuriyev ona tərəf gələrkən, onun çiyin nahiyyəsindən geri itələyərək ondan aralaşmağını istəmişdir. Həmin vaxtı Post Patrul Xidmətinin əməkdaşları onlara yaxınlaşaraq onu avtomobilə əyləşdirib rayon polis şöbəsinə gətirmişlər. Hadisə vaxtı Ceyhun Nuriyevlə aralarında hər hansı bir dava-dalaş olmamış, Ceyhun Nuriyevi döyməmişdir. Çünki onun yaşı Ceyhunu döyməyə imkan vermir, sadəcə olaraq aralarında mübahisə olmuş, onun çiynindən geri itələmişdir. Ceyhunun necə xəsarət alması ona məlum deyil. Hadisə ümumilkdə təxminən 1-2 dəqiqə davam etmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahat verib bildirdi ki, Səməd Səmədov onun həmkəndlisi olmaqla onunla əvvəllər münasibətləri yaxşı olmamış, aralarında münaqişlər olmuşdur. Şəxs heç bir səbəb olmadan onunla yola getmir. Aralarında olan münaqişlərlə əlaqədar bir neçə dəfə rayon polis şöbəsində araşdırmalar aparılmış, 12 noyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində Şamaxı rayon Mərkəzi Xəstəxanasına getmiş, orada olan zaman Səmədlə rastlaşmışdır. Şəxs ona yaxınlaşaraq onu təhqir etmiş, onun təhqirlərinə fikir verməyərək ondan aralaşıb poliklinikadan çıxmışdır. Polikilinikanın qarşısında Şəxs yenidən ona yaxınlaşaraq onu təhqir etməyə başlamış, ondan aralaşıb getmək istəyəndə Səməd onun üzərinə gələrək ona 4-5 dəfə yumruq atmışdır. O, yumruqlardan yayınsada Səmədin yumruğunun biri onun ağız nahiyyəsindən dəymişdir. Həmin vaxt Post Patrul Xidmətinin əməkdaşları onlara yaxınlaşmışdır. Səməd onları gördükdən sonra ondan aralaşaraq qaçmaq istəmiş, Polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmişlər. O da rayon polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hadisə vaxtı Şəxs ona bir neçə dəfə yumruq atmış, yumruqlardan biri onun ağız nahiyyəsinə dəyərək xəsarət yetirmiş, o, Səmədə qarşı hər hansı bir hərəkət etməmişdir. Hadisə vaxtı anası Solmaz Nuriyeva onlardan bir qədər aralıda avtomobildə olmuşdur. Hadisə ümumilkdə təxminən 15-20 dəqiqə davam etmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri polis serjantı, X8 izahat verib bildirdi ki, 12.11.2021-ci il tarixdə saat 10:00 radələrində Şamaxı şəhəri, Qədirli küçəsində xidmətdə olan zaman iki nəfər şəxsin bir-birləri ilə dartıştıqlarını görsədə, onların bir birini vurduğunu görməmişdir. Uzaqdan iki nəfər şəxsin bir birinə əl qol atdığını görüb onlara yaxınlaşmış, onlara yaxınlaşan zaman adı sonradan onlara məlum olan Şəxs onları görüb hadisə yerindən qaçmağa çalışmış, lakin, onu sakitləşdirib rayon polis şöbəsinə dəvət etmişlər. Materiala əlavə edilmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib olunmuş 06 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 12.11.2021-ci il tarixdə Şamaxı şəhəri ərazisində Şəxs X2 xəsarət yetirməklə onu döymüşdür. Beləliklə də, Səmidov X3 Xətalar Məcəlləsinin 157ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22.11.2021-ci il tarixli qərardan görünür ki, Şamaxı rayonu, Qaladəqəsi kəndində yaşayan X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Şamaxı RPŞ-nin İTB-yə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22.11.2021-ci il tarixli qərardan görünür ki, MTE-nin 15 noyabr 2021-ci il tarixli 405 saylı rəyində X1 məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində, alt dodağın sol yarısının içəri və bayır səthinin səthi cırılmış yaraları küt əşyanın təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 12.11.2021-ci il tarixdə kənar şəxs tərəfindən yetrilməyə uyğun olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun yaşını, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun yaşını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar