Məhkəmə qərarları › İş №3(074)-399/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-399/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-399/2021 13.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Şamaxı rayonu, Qəleybuğurd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Sabir qəsəbəsində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 06.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, barəsində olan məhkəmə qərarının icrasından yayınmır. Yanvar ayının axırına qədər olan borcunu ödəyəcəkdir. Hazırda borcunun 1000 manatı ödəmək istəyir. Borcundan ödənişlər etməsini və ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Xəlilov tərəfindən ödənilən 1000 manatı qəbul edərək qalan borcunun da 31 yanvar 2022-ci il tarixədək ödənilməsini xahiş etdi. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 26.02.2014-cü il tarixli 2(105)-1156/2013 saylı Sumqayıt Appellyasiya Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə 24 oktyabr 2012-ci il tarixli qətnaməsi Şəxs mağaza üçün çəkilən 8000 ABŞ dolları məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələb hissəsində dəyişdirilməlidir. Şəxs 8000 ABŞ dollar manatla məzənnəsi alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Qətnamə Şamaxı şəhəri, N.Nərimanov küçəsindəki mağazanın boşaldılması barədə ilk iddia tələbi hissəsində, habelə mübahisəli mağaza üzərində mülkiyyət hüququnun tanınmaması və dəymiş 1600 ABŞ dolları məbləğində ziyanın əvəzinin tutulmaması barədə qarşılıqlı iddia tələbi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 05.03.2014-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 05.03.2014-cü il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun məcburi gətirilməsi barədə 20.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan 05.06.2015-ci il tarixli 8(074)-222/2015 saylı Şamaxı rayon Məhkəməsinin qərardadının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsisinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsinin icra üsulu dəyişdirilmiş, borclu Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs xeyrinə tutmalı olan 8000 ABŞ dolları məbləği Şəxs Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasına yönəldilmişdir. İş materiallarında olan 18.09.2018-ci il tarixli 8(074)-101/2018 saylı Şamaxı rayon Məhkəməsinin qərardadının surətindən görünür ki, borclu Şəxs mülkiyyətində olan Şamaxı şəhər, N.Nərimanov küçəsində yerləşən 1 mərtəbəli, 12,9 m 2 qeyri-yaşayış binasının üzərinə həbs qoyulmalıdır. İş materiallarında olan 29.09.2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, "xxxx" MMC və alıcı Zərərçəkmiş şəxs arasında müqavilə bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31.05.2021-ci il tarixli 2(103)- 642/2021 saylı icra sənədinə əsasən Şamaxı şəhəri, N.Nərimanov küçəsində yerləşən qeyri-yaşayış binasını Zərərçəkmiş şəxs 11000 manata almışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-in 14 saylı Şamaxı Ərazi idarəsinin çıxarışından görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində Şamaxı şəhəri, N.Nərimanov küçəsi, 76 b ünvabnında yerləşən 12.90 ha qeyri-yaşayış binası vardır. İş materiallarında olan zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Şəxs tərəfindən ona borclu olduğu 1530 ABŞ dollarından 1000 manat yəni 590 ABŞ dolları ödənilmiş, qalan borcun 31 yanvar 2022-ci il tarixədək ödənilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar