Məhkəmə qərarları › İş №3(074)-4/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-4/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-4/2022 10.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad rayonu, Muradbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Muradbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 09.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 09.01.2022-ci il tarixdə 22:00 radələrində Şamaxı rayonu Çöl Göylər kənd ərazisində sərxoş vəziyyətdə, ərazidə xidmətdə olan polis əməkdaşları ilə mübahisə edib, onların qanuni taləbinə tabe olmayarq səs-küy salmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı rayon Çuxuryurd kəndində tikinti şirkətində usta kimi işləyir, bayramla əlaqədar olaraq öz rayonlarına getmişdir. 09.01.2022-ci il tarixdə işlə əlaqədar qohumu X5 ilə birlikdə Şamaxı rayonuna gəlmişlər, saat təxminən 22:00 radələrində X13 kənd ərazisində avtomobil yolun kənarında dayanıqlı vəziyyətə saxlamışlar. Həmin ərazidə xidmət aparan post patrul nəfərləri onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan kimliyi müəyyən etmək üçün, şəxsiyyət vəsiqələrini istəmişlər həmin vaxt o, sərxoş vəziyyətdə olduğundan, polis əməktaşlarına aqresiv cavab verməmiş, onlarla mübahisə etməmiş daha sonra avtomobildən yerə enmiş onlara bildirmiş ki, şəxsiyyət vəsiqəsi yoxdur kompyuter vasitəsi ilə baxa bilərlər. Polis əməkdaşları onu intizama dəvət etsələrdə o, polislərlə mübahisəni davam etdirmişdir. Bu zaman, onu polis avtomobilinə minməyə dəvət etsələrdə o, minmək istəməmiş Şöbəyə getmək istəməmiş, onlar onu məcbur maşina mindirmişlər. Ona güc tətbiq etmişlər. Həmin vaxt spirtli içki qəbul etdiyindən onu nizam intizama dəvət edən polis əməkdaşlarına kobud cavab vermiş, onların tələblərinə məhəl qoymamışdır. Törətdiyi əməldən peşmandır. Bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Odur ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı X3 izahat verib bildirdi ki, 09.01.2022-ci il tarixində gecə saat 21:10 radələrində Şamaxı rayon Çöl Göylər kənd ərazisində xidmətdə olduqları zaman yolun kənarında Vaz 2106 markalı **-BC-*** Dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Ərazidə baş vermiş oğurluqların qarşısının alınması məqsədi ilə həmin avtomobilin hansı səbəbdən orada dayandığını və avtomobildə olan şəxslərin kimliyini müəyyən etmək onunla xidmətdə olan PPXT-nin polis nəfərləri polis serjantı Kamran Qədirov və polis kiçik serjantı Kamran Əhmədovla avtomobilə yaxınlaşmışlar. Yaxınlaşdıqları zaman avtomobildə tanımadıqları şəxslərin olduğunu görmüşlər və özlərini onlara təqdim edərək onların kimliyinin müəyyən edilməsindən ötəri, şəxsiyyət vəsiqələrini tələb etdikdə avtomobildə sərnişin qismində əyləşən bir nəfər aqresiv halda söyüşlər söyməyə başlamış və avtomobildən yerə enmiş, sonra həmin şəxsin içkili olmasını onun ağız qoxusundan hiss etmişlər. O, onlara qarşı gələrək əl-qol atmağa başlamış və onları təhqir etdiyi üçün, onu nizam intizama çağırsalarda o, onlarla RPŞ-nə getməyəcəyini bildirərək tabesizlik göstərmişdir. Onlar onu xidməti avtomobilə əyləşdirərək RPŞ-nə gətirmişlər. RPŞ-nə gəldikdən sonra məlum oldu ki, həmin şəxs Sabirabad rayon Muradbəyli kənd sakini Şəxs olduğu müəyyən olundu raportla aidiyyatı üzrə təhfil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri X4 və X6 şahid X3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahat verib bildirdi ki, Şamaxı rayon Çuxuryurd kəndində tikinti şirkətində usta kimi işləyir, bayramla əlaqədar olaraq öz rayonlarına getmişlər 09.01.2022-ci il tarixdə işlə əlaqədar qohumu Şəxs ilə birlikdə Şamaxı rayonuna gəlirmişlər, saat təxminən 22:00 radələrində Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində avtomobil yolun kənarında dayanıqlı vəziyyətdə saxlamışlar ərazidə xidmət aparan post patrul nəfərləri onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan kimliyi müəyyən etmək üçün, şəxsiyyət vəsiqələrini istəmişlər həmin vaxt yanında olan qohumu Şəxs polis əməktaşlarına aqresiv cavab verərək onlarla mübahisə etməyə və ünvansız söyüşlər söyməyə başlamış, daha sonra avtomobildən enərək onlara əl-qol atmağa başlamışdır. Polis əməkdaşaları onu nizam intzama dəvət etsələrdə onun kimliyini müəyyən etmək məqsədi ilə vəsiqəsini tələb etdiklərini bildirsələrdə o, tabesizlik göstərərək polis əməktaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Sonra polislər onları avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Şəxs həmin vaxt içkili olmuşdur. Hadisə Şamaxı rayonu Çöl Göylər kəndi ərazisində baş vermiş və hadisə zamanı orada onlardan əlavə taksi sürücüsüdə olmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfərləri X4 tərəfindən tərtib edilmiş 09.01.2022-ci il tarixli raportdan görünür ki, 09.01.2022-ci il tarixdə saat 21:50 radələrində Şamaxı rayonu Çöl Göylər kəndində postaçı yoldaşları Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı Kamran Əhmədov və Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Rəhman Orucov ilə xidmətdə olarkən qeyd olunan xidməti ərazidə Vaz 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomaşının yolun kənarında saxlamasını görmüşlər və onlar həmin avtomaşına yaxınlaşaraq özlərini təqdim etmişlər, saxlama səbəbini soruşduqda həmin avtomaşında olan sərnişinlərdən biri onlarla kobud danışaraq onlara heç bir sənəd təqdim etməyəcəyini, ünvansız söyüşlər söyərək polisin qanuni tələblərini kobudcasına pozmuş, onlar həmin şəxsi intizama dəvət etsəkdə həmin şəxs öz hərəkətlərin davam etdirmiş və həmin şəxs tərəflərindən Şamaxı RPŞ-nə dəvət edilmişdir. Həmin şəxsin Abuşov X7 RPŞ-də məlum olmuşdur. İş materiallarında olan sərxoşluğun xüsusi texniki vasitə ilə müəyyən edilməsi barədə qəbzdən görünür ki, 09.01.2022-ci il tarixdə Şəxs qanında alkoqolun konsentrasiyasının həcmi 0,728 promildir. İş materiallarında olan 09.01.2022-ci il tarixli BB № 018985 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 09.01.2022-ci il tarixdə saat 23:50 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar