Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-4/2023 13.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Şamaxı rayon Polis Şöbəsinin YPX tərəfindən qəbul edilmiş 04 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayon Polis Şöbəsinin YPX tərəfindən qəbul edilmiş 04 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X3 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə 12:31 radalərində Şamaxı şəhəri, Şirvani küçəsində qırıq xətlər üzərindən manevr edərək yolu dönmüş, onunla bərabər maşınlarda həmin manevri etmişlər. Həmin yerdə heç bir qadağan edici yol nişanı yoxdur. Onlardan 200 metr aralıda olan yol polisi R.Məmmədov onun idarə etdiyi maşını nədənsə saxlamışdır. O, qanuna uyğun maşından düşməmişdir. Polis zabiti ona yaxınlaşaraq özünü təqdim etmədən onun sənədlərini tələb etmiş və hərəkət qaydasını pozduğunu bildirmişdir. O, öz növbəsində ondan qaydanı pozduğu barədə video görüntüləri ona göstərməsini xahiş etmiş, o, isə əvəzində kobud şəkildə ona qanunun özü olduğunu və görüntünü verməyəcəyini və heç bir görüntü göstərməyəcəyini bildirmişdir. Onun maşınında bu hadisənin şahidləridə vardır. Tərtib etdiyi protokoldan da aydın görünür ki, protokolda ayrılmış hissədə hansı cihazla video görüntü olması barədə heç bir şey qeyd edilməmişdir. O, ona qanunları bildiyini özünün hüquqşünas olduğunu söylədikdə təkrarən ona qanunun özü olduğunu bildirmişdir. Zabitin bu hərəkətini yolda hərəkət edən sürücülərdə görmüşdür. O, öz müqabilində ona qarşı heç bir hörmətsizlik etməmişdir. Özüdə uzun illər orqanlarda xidmət etmiş, həmişə polislərə hörmətlə yanaşmışdır. Şamaxı RPŞ-nin əməkdaşları tək ona yox, bütün Şamaxıda yaşayan sakinlərə həqiqətəndə həmişə hörmətlə yanaşıblar. Lakin polis R.Məmmədovun hərəkətləri polisə yaraşmayan hərəkətdir. Bu barədə yuxarı orqan olan DİN-nə tərəfindən məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən X3 izahat verərək bildirdi ki, onu manevr etdiyinə və dönməyə görə cərimə etmişlər. O, maraqlanmış və ona bildirmişlər ki, həmin yerdən dönmək icazəsi vardır. Odur ki, barəsində qəbul edilmiş 04 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X4 izahat verərək bildirdi ki, X3 istiqamətverici yol nişanını pozduğuna görə onun barəsində protokol tərtib etmiş və ona etdiyi qayda pozuntusu izah olunmuşdur. X7 görüntü tələb etmiş, lakin ona bildirilmişdir ki, yerində sürücüyə görüntünü təqdim edə bilmirlər, əgər istəsə sonradan Polis şöbəsinə yaxınlaşar və görüntünü əldə edə bilər. Eyni zamanda xx.xx.2023-cü il tarixli həmin qərar üzrə cərimə X3 tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Əgər onun barəsində tərtib edilmiş qərardan narazı idisə niyə həmin qərar üzrə cəriməni ödəyirdi. X1 etdiyi qayda pozuntusunu təsdiq edən görüntülər olan 1 ədəd diski və sistemdən çıxarışların surətlərini məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 25 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 04 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə saat 12:31 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan DİN-nin DYP hökumət portalından çıxarışdan görünür ki, 04 yanvar 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə X3 tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X3 “VAZ 21074” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, digər avtomobillərin hərəkətinə manea yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 məcburi hərəkət istiqaməti yol nişanının tələblrinə riayət etməməsi və bununla da İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsinin YPX tərəfindən qəbul edilmiş 04 yanvar 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-4/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-4/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver