Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-4/2025 17.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X3 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, sahibkardır. Ona xx.xx.2024-cü il tarixli bildiriş gəlmişdir ki, işçiləri İstehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta haqqında Azərbaycan Respublikası Qanununa əsasən sığorta etdirsin. Həmin bildirişdən əlavə şifahidə bildirilmişdir. O bildiriş ona noyabrın axırlarında çatıb. Oda İstehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığorta haqqında Azərbaycan Respublikası Qanununa əsasən işçiləri xx.xx.2024-cü il tarixədək sığorta orqanı ilə müqavilə bağlayıb sığorta etdirməlidir. O, xx.xx.2024-cü il tarixə Atəşgah Sığorta ilə işçilərin istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari Sığortası qaydalarını uyğun olaraq sığorta müqaviləsi bağlayıb işçiləri sığorta etdirmişdir. Həmin ödənişi xx.xx.2024-cü il tarixdə etmiş, işçilərin sığortasını tamamlamışdır. Lakin o, İcbari Sığorta Haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə riayət etsə belə onu xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 1500 manat cərimə edilmişdir. Həmin qərarın surətini xx.xx.2024-cü il tarixdə almışdır. O, sığortadan yayınmamış, əksinə vaxtında həmin sığortanı etmişdir. Maraqlı olan odur ki, protokollarında yazılır ki, o, xx.xx.2024-cü il tarixədək sığorta etdiməmişdir. O, xx.xx.2024-cü il tarixdə artıq sığorta etdirib müqavilə bağlamışdır. 16.11.24-cü il tarixdə isə qəbzlə ödənişi etmişdir. Odur ki, hesab edir ki, tərtib edilən qərar ədalətsiz və qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səlahiyyətli orqandan məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Şikayət vermiş şəxs tərəfindən isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə ərizə məhkəməyə daxil olmuşdur. Bu səbəbdən məhkəmə, şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin məsləhətçi-əmək müfəttişi X5 tərəfindən tərtib edilmiş 16 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması 16 noyabr 2024-cü il tarixədək təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamışdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X2 ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixdə saat 10:30-a təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********9702 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X3 arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X3 tərəfindən ümumi sığorta haqqı xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 81-1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC ilə X3 ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə 78,66 manat ödəniş edilmişdir. X1 barəsində isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi X1 barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, artıq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə də, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 134.1.3.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsinin MN ******* nömrəli, 27 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Dağlıq Şirvan Regional Şöbəsi tərəfindən X1 barəsində qəbul edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-4/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-4/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver