Məhkəmə qərarları › İş №3(074)-402/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-402/2021

08.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-402/2021 08.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 08 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 08 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmış və küçədə nəlayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, VAZ 206 markalı ** BX *** dövlət nömrə nişanlı avtomobilin əylənci xarab olduğu üçün təmirə apararkən, polis işçisi ona yaxınlaşıb inzibati xəta törətdiyini bildirmişdir. Həmin vaxt sərxoş olmuşdur. Onun Şamaxı rayon Polis Şöbəsinə getməsini tələb edərkən heç bir inzibti xəta törətmədiyi üçün şöbəyə getməkdən imtina etmişdir və aralarında sözlü mübahisə olmuşdur. Polisin qanuni tələbinə tabe olmadığı üçün peşmandır, lakin onun tərəfindən digər inzibati xəta əməli törədilməmişdir. Odur ki, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, 07.12.2021-ci il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində xidmət apararkən VAZ 2106 markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin giriş qadağandır yol nişanının tələbini pozaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıq-aşkar hörmətsizlik edərək müxtəlif üsullarla qərəzli şəkildə müşayət olunan hərəkətlər etməsini görüb maşın saxlanıldı. Sürücüdən sənədləri tələb olunduqda o, sənədlərinin evdə olduğunu bildirdi. Sürücünün spirtli içki qəbul etməsinə şübhə yarandırğından ilkin test vasitəsilə yoxlanıldıqda məlum olmuşdur ki, sürücü spirtli içki qəbul edib. Onu RPŞ-nə dəvət edən zaman ünvansız yerə söyüşlər söyməyə başlamış və polis əməkdaşları ilə mübahisə edərək onlara tabesizlik göstərmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə saat 22:30 radələrində küçədə nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan Şamaxı rayon Polis şöbəsinin DYPB-nin YPX-nin polis baş leytenantı Dilqəm Mahmudovun 08 dekabr 2021-ci il tarixli raportundan görünür ki, 07 dekabr 2021-ci il tarixdə saat 22:30 radələrində polis baş serjantı Ziya Güliyev və polis serjantı Şükür Atakişiyevlə birlikdə xidmət apararkən VAZ 2106 markalı ** BV *** dövlət nömrə nişanlı avtomobilin 3.1 “giriş qadağandır” yol nişanının tələbini pozaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıq aşkar hörmətsizlik edərək müxtəlif üsullarla qərəzli şəkildə müşayiət olunan hərəkətlərini görüb həmin maşın saxlanılmış, sürücüyə yaxınlaşaraq özünü təqdim edib avtomobilə aid sənədləri təqdim etməsini xahiş etmiş, lakin sürücü sənədlərini təqdim etməyərək sənədlərinin evdə olmasını bildirmiş, buna baxmayaraq sürücünü nəfəsindən, spirtli içki qəbul etməsi şübhəsi yarandığından ilkin test vasitəsilə tərəfindən yoxlanılmış və məlum olmuşdur ki, spirtli içki qəbul etmişdir. Onu rayon Polis şöbəsinə dəvət edən zaman ünvansız söyüş söyməyə başlamışdır. Şəxs yenidən nizam intizama dəvət edib patrul maşınına əyləşdirərək rayon Polis şöbəsinə gətirmiş və alkotestr vasitəsilə yoxlanılmış və onun ağır dərəcəli sərxoş olduğu müəyyən edilərək aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli BB 018982 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan alkotest sənədindən görünür ki, Şəxs 07 dekabr 2021-ci il tarixdə saat 22:28 radələrində sərxoş vəziyyətdə omuşdur. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar