Məhkəmə qərarları › İş №3(074)-402/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-402/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-402/2025 15.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs Köçəri qızının, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Çıraqlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 izahat verib bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2833/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü il 15 avqust tarixindən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment (hər ayın sonuncu günündən gec olmayaraq) anası Zərərçəkmiş şəxs Köçəri qızına ödəmək barədə öhdəlik götürmüşdür. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədində göstərilmiş tələbi icra etməmişdir. Borclu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasında fəhlə kimi işləmiş və işlədiyi müddətdə Şamaxı rayon Məhkəməsinin 2(074)-766/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 541 (beş yüz qırx bir) manat 32 qəpik məbləğində aliment məhkumun əmək haqqından tutularaq tələbkara ödənilmişdir. Daha sonra borclu tərəfindən heç bir ödəniş edilməmiş, borclunun barəsində axtarış elan edilmişdir. Borclu hazırda ödəniş etməyə imkanının olmamasını bildirmişdir. Hazırda qəbzlərlə müəyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan 860 manat ödəniş etmiş, amma zərərçəkmiş şəxs etiraf etmişdir ki, Şəxs ona aliment borcundan 1250 manat ödəniş etmişdir. Şəxs bildirir ki, digər banklar qarşısında öhdəliyi olduğundan həmçinin 15 oktyabr 2024-cü il tarixdən 15 iyul 2025-ci il tarixədək X2 cəza çəkdiyindən yaranmış aliment borcunu ödəyə bilməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 4600 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, aliment borcundan 920 manat ödəniş etmiş və o, cəzaçəkmə müəssisəsində olan zaman qardaşı zərərçəkmiş şəxsə 450 manat ödəniş etmiş, ümumilikdə aliment borcundan 1370 manat ödəniş etmişdir. Eyni zamanda billdirdi ki, əvvəl əməliyyat olduğundan, sonra isə cəzaçəkmə müəssisəsində oldundan aliment borcunu ödəyə bilməmişdir. Cəzası bitəndən sonra isə 2 aydır aliment borcunu ödəyir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X6 izahat verib bildirdi ki, icra məmurunun dediyinə görədə borclunun digər banklar qarşısında öhdəliyi olduğundan yaranmış aliment borcunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs etiraf etmiş ki, Şəxs ona ailiment borcundan 1250 manat ödəniş etmişdir. Hazırda iş yeri yoxdur. Qərəzli olaraq aliment borcunu ödəməkdən imtina etmir. Müdafiəçi bunların nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Köçəri qızı izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir, borcunun ödənilməsini istəyir. Belə ki, borclunun dedikləri yamisi yalandır. Ona aliment borcundan cəmi 1250 manat ödəniş etmişdir. O, cəza çəkdiyi üçün aliment ödəyə bilmədiyini bildirsə də, tutulanadək də aliment ödənişi etməyibdir. Ona görə borclu Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2833/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs Köçəri qızı ilə Şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış və mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01718 nömrəli Barışıq Sazişi təsdiq edilmiş, : - 1. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X16, xx.xx.2020-ci il təvəllüdlü X9 alimenti ilə bağlı razılığa gəlmiş, - 2. X17 xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2024-cü il 15 avqust tarixindən başlayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment (hər ayın sonuncu günündən gec olmayaraq) anası Zərərçəkmiş şəxs Köçəri qızına ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2833/2025 saylı, xx.xx.2025-ci saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 22 yanvar 2025-ci il tarixli qərarın surətindən görünür ki, borclu, 1987-02-25-cü il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 3 saat hüquqi yardım göstərməsinə görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 sentyabr 2025-ci il, saat 17:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dövlət hesabına göstərdiyi 3 saat hüquqi yardım göstərməsinə görə 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar