Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-403/2024 31.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsi, Meşə İdarəsi adlanan ərazidə vətəndaş Səbuhi Üsubaliyevin üzərində təmiz çəkisi 0,18 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlaması faktı 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/594 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdəndə, şəxsi islehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırki qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 17 aprel 2024-cü il tarixdə, səhər saatlarında Şamaxı şəhərində yaşadığı küçənin yaxınlığında yerləşən avtobus dayanacağının yanına yaxınlaşmış, avtobus gözləyən zaman dayanacağın kənarında siqaret qutusunu görmüş, həmin siqaret qutusu marağına səbəb olduğu üçün götürmüş və açıb baxdıqda içərisində ağ kağıza bükülmüş büküm görmüş, həmin bükümü içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüş, əvvəllər marixuana istifadə etdiyi üçün həmin marixuananı istifadə etmək üçün bükümü götürmüş, əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və 18 aprel 2024-cü il tarixdə 01 radələrində Şamaxı şəhəri N.Nərimanov küçəsində yerləşən Meşə İdarəsi adlanan ərazidə yolun kənarından piyada evinə gedən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişlər. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində axtarış aparmışlar. Üzərində axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində ağ kağıza bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları bükümü açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd büküm və bir ədəd İphone markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə marixuana olan ağ kağıza bükülmüş büküm polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmiş 0.2 qram gəlmiş və kağız zərfdə qablaşdırılaraq üzərini möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, marixuanam yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Hazırda etdiyi əməldən peşmandır, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. O, Vətən Müharibəsi iştirakçısıdır və medallarla təltif edilmişdir. Müharibədə yaralanmış lakin rəsmi qaydada əlillik almamışdır. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 18 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldığı halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət müraciət etmək hüququnun olduğu ona izah edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, Şəxs üzərindən aşkar olunaraq götürülmüş, kağız zərfə qoyularaq qablaşdırılmış təmiz çəkisi 0.18 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməsi üçün aidiyyəti üzrə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2968 saylı rəyindən görünür ki, Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/594 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən götürülmüş 1 ədəd kağız bükümündə təmiz çəkisi-0,18 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Şəxs hərbi biletinin surətindən görünür ki, Şəxs Vətən müharibəsində iştirak edib. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin TQ-nın təhqiqtçısı, polis baş leytenantı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 18 aprel 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon polis şöbəsinə gətirilmiş, ünvan 2 ünvanda yaşayan Şəxs narkotik vasitələr əldə etməsində və üzərində saxlamasında şübhəli olması ilə bağlı rayon polis şöbəsinin təhqiqat qrupuna Şamaxı rayon polis şöbəsinin cinayət axtarış böləsinin baş əməliyyat müvəkkili polis kapitanı X1 tərtib etdiyi 18 aprel 2024-cü il tarixli raport daxil olmuşdur. Həmin raport törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabmda 394 saylı ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı 18 aprel 2024-cü il tarixdə 01 radələrində Şamaxı şəhəri N.Nəriman küçəsində yerləşən Meşə İdarəsi adlanan ərazidə yolun kənarında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş ünvan 2 ünvanda yaşayan Şəxs üzərində, bir ədəd ağ kağıza bükülmüş bükümün təmiz çəkisi 0.18 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlaması fakü tərtib olunmuş baxış protokolu ilə, alınmış izahatlar ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/594 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta hesab edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını və Vətəb nüharibəsində iştirak etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olmaması məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-403/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-403/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver