Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-406/2025 03.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Şikayət vermiş şəxs X7 və səlahiyyətli orqanın nümayəndəsi Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X2 iştirakları ilə, Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X7 şikayət verərək həmin qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-i BDYPİ-nin TP ******* saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində cərimələnmişdir. O, həmin qərarda göstərilən inzibati xətanı törətməmişdir. Həmin gün o, qohumları ilə ona məxsus olan ** BD *** dövlət nömrə nişanlı Niva markalı avtomobilini idarə edərkən, Şamaxı şəhəri Şəhriyar qəsəbəsinə gedən yolda yerləşən Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında, avtomobilinin qabaq oturacağında X1 başqa qabaq oturacaqda heç kim oturmamışdır. Həmin yerdə Şamaxı rayon polis şöbəsinin yol polis bölməsinin inspektoru X6, onun idarə etdiyi ** BD *** dövlət nömrə nişanlı Niva markalı avtomobilini saxlayıb yoxlayanda məlum olmuşdur ki, avtomobilində olan uşaq qabaq oturacaqda oturmamışdır. O, təklif etmişdir ki, istəyirsən çək, görüntüdən məlum olacaqdır ki, o, heç bir qayda pozmamışdır. O, sürüb getdikdən sonra həmin yol polis əməkdaşı onun idarə etdiyi avtomobili yenidən Şamaxı şəhərinin Avtovağzalının yanında, Bakı şəhərinə gedən yolda, yenidən onu saxlatdırmış, ona demişdir ki, onun sürücülük vəsiqəsini portalda tapa bilməmişdir. O, ona üstündə olan sürücülük vəsiqəsini təqdim etmiş, həmin polis inspektoru onun sürücülik vəsiqəsini yoxladıqdan sonra özünə qaytarmışdır. Az sonra onun mobil telefonuna mesaj gəlmişdir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə 100 manat məbləğində cərimələnmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, qəbul edilmiş qərarla razı deyil. Belə ki, onun idarə etdiyi avtomobildə qabaqda bir nəfər X4, arxada isə iki qadın və uşaq əyləşmişdir. Qabaqda əyləşən şəxsin qucağında uşaq olmamış, uşağın çantası olmuşdur ki, həmin çanta da uşağa bənzəyir. Həmin vaxt avtomobilində üç yaşında uşaq olsa da, uşaq arxada qadının qucağında oturmuşdur. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, olis serjantı X6 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən X7 “Vaz 2121” mink markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sərnişin daşıma qaydalarını pozmuşdur. Belə ki, həmin nəqliyyat vasitəsini idarə edərkən qabaqda əyləşən şəxsin qucağında uşaq oturmuş, buna görə ona saxla işarəsi vermiş, lakin o, yaxınlaşarkən qabaqda əyləşən şəxsin qucağında çanta olmuşdur. Arxada isə iki qadın və iki uşaq əyləşmişdir. Sürücüyə etdiyi qayda pozuntusu izah olunarkən etiraf etməsədə həmin vaxt qabaqda əyləşən şəxs ona uşağı qucağında oturduğunu etiraf etmişdir. X5 etdiyi qayda pozuntusunu təsdiq edən görüntü olan 1 ədəd diski məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, həmin vaxt avtomobildə arxa oturacaqda dörd nəfər əyləşsə də qadın olduqlarından onların şəkillərin çəkməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, həmin gün X5 avtomobili ilə toya getmişlər. X3 başqa o, yoldaşı, gəlini və 3 yaşında nəvəsi olmuşdur. Əvvəl üç yaşlı nəvəsi onun qucağında olub, amma avtomobil bir az hərəkət edəndən sonra uşağı anasına vermişdir. Polis əməkdaşları onları görəndə və saxlayanda onun qucağında nəvəsinin çantası olmuşdur. Sadəcə uşağı arxaya anasına verən zaman çanta qucağında qalmışdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, toya tələsdiklərindən polis əməkdaşı ona uşağın qabaqda oturdulmasının qayda pozuntusu olduğunu bildirdikdə etiraz etməmiş, uşağı özü qucağında oturtduğunu bildirmişdir. Toya tələssələrdə maşından düşüb polislə söhbət etməsinin səbəbi cərimə yazılmamasını istəməməsi olmuşdur. Çünki özüdə çox vaxt yaxın məsafələrə gedərkən az yaşlı nəvəsini qabaq oturacaqda oturdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 07 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 07 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli protokola əsasən, X7 xx.xx.2025-ci il tarixdə saat 16:31 radələrində “VAZ 2121” markalı, **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (sərnişin daşıma qaydalarının pozulması) törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan video diskə baxış keçirilərkən müəyyən olundu ki, X5 xx.xx.2025ci il tarixdə istifadəsində olan “VAZ 2121” markalı, **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamasını və həmin vaxt polis əməkdaşının avtomobildə olan şəxslərə uşağın qabaq oturacaqda oturdulmasının qayda pozuntusu olmasını izah etməsi, həmin vaxt sürücünün yanında əyləşən şəxsin uşağı qucağında o, oturtduğunu və bir daha belə etməyəcəyini bildirməsi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1“Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, X5 xx.xx.2025-ci il tarixdə “VAZ 2121” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma qaydalarını pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş video görüntüdən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 16:31-də idarə etdiyi “VAZ 2121” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən sərnişin daşıma qaydalarının pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılmasıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X5 xx.xx.2025-ci il tarixdə “VAZ 2121” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sərnişin daşıma qaydalarını pozması inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-406/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-406/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver