Məhkəmə qərarları › İş №3(074)-407/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-407/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-407/2025 06.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şikayət vermiş X3 nümayəndəsi X9 və səlahiyyətli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayındəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X8 şikayət verərək həmin qərarının ləğv edərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin 09 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə olunmuşdur. O, bu qərarla razı deyil. Belə ki, o, Avaxıl Bələdiyyəsinin 10 sentyabr 2002-ci il tarixli 09 saylı qərarı ilə Avaxıl kəndi ərazisindən tikinti məqsədləri üçün 1,00 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN 0216 saylı kod 41010058 Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi aktla ölçülərək naturada ona təhvil verilmişdir. Bundan sonra Şamaxı rayon İcra hakimiyyətinə müraciət etmiş, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2005-ci il tarixli 207 saylı sərəncamı ilə Şamaxı rayonu Avaxıl kəndi ərazisində tikinti üçün nəzərdə tutulmuş 1 ha sahədə 1 ədəd 4,8x12,4 m ölçüdə yeməkxana binası, 12 ədəd 4x6 m ölçüdə istirahət otaqları və 5 ədəd 3,0x3,0 m ölçüdə açıq talvar tikilməsinə icazə almışdır. Tikinti işləri aparılarkən heç bir qurum tərəfindən hər hansı bir etiraz və iradlar olmamış və o,demək olar ki, bütün tikinti işlərini 2019-cu ilə kimi tamamlamış və indiyə kimi də tikintinin tikilməsindən 6 il keçməsinə baxmayaraq bu tikililərin qanunsuzluğu ilə bağlı hər hansı dövlət qurumundan etiraz, xəbərdarlıq daxil olmamışdır. Hal-hazırda belə hesab edir ki, o, heç bir qanunsuz tikinti tikməmişdir. Tikinti üçün rəsmi icazələri var. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin 09 sentyabr 2025-ci il tarixli MN1789037 saylı inzibati tənbeh vermə haqqında qərarını qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən X3 nümayəndəsi X14 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermək haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaqla bağlı Dövlət aktında da torpağın təyinatı tikinti məqsədi ilə olduğu göstərilmişdir. Həmçinin bu barədə xx.xx.2005-ci il tarixli 207 nömrəli Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının sərəncam və lahiyədə vardır. Həmin torpaq sahəsində tikinti tikilmiş, amma heç bir fəaliyyət göstərilmir. Cərimə tədbiq edilən zaman o, orada olmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətindən bir dəfə xəbərdarlıq olunmuş, oda aparıb sənədləri onlara təqim etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayındəsi X7 izahat verərək bildirdi ki, Şamaxı şəhər sakini X5 Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin müvafiq qərarı ilə 1.00 ha torpaq sahəsi alqı-satqı yolu tikinti məqsədi ilə satılmışdır. Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən həmin torpaq sahəsində tikinti işləri aparılması ilə bağlı sərəncam verilmişdir. Onların işçiləri həmin əraziyə gedən zaman monitorinq keçirilmiş, bazada çıxarışı kənd təsərrüfatı ilə görmüşlər və inzibati protokol tərtib etmişlər. Sonra vətəndaş onlara sənədlər təqdim etmiş və ona məsləhət görülmüşdür ki, inzibati təhbeh vermə qərarla bağlı məhkəməyə müraciət etməlidir. Hətta onlarda olan baza məlumatlarında vətəndaşın sənədlərində torpaq sahəsində səhvən azaltma və çıxarışdada kənd təsərrüfatı təyinatlı torpaq kimi qeyd edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X8 mülkiyyətində olan kənd təsərrüfstı təyinatlı örüş torpaq sayəsində iaşə obyekti inşa edərək torpaq sahəsini məqsədli təyinatından kənar istifadə etməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0216 kod 41010058 saylı dövlət aktının surətindən görünür ki, X5 Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin xx.xx.2002ci il tarixli 09 saylı qərarı ilə tikinti məqsədi ilə 1.00 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2005-ci il tarixli 207 nömrəli Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının sərəncamının surətindən görünür ki, Şamaxı şəhəri Ü.Hacıbəyov küçəsi 50 saylı evdə yaşayan X6 rayonun Avaxıl kəndi ərazisində hərbi hissə yerləşən ərazidən sonrakı sahədə ona məxsus tikinti üçün nəzərdə tutulmuş 1,0 (bir) hektar sahədə bir ədəd 4,8x12,4 metr ölçüdə yeməkxank binası, on iki ədəd 4x6 metr ölçüdə istirahət otaqları və beş ədəd 3,0x3,0 metr ölçüdə açıq talvar tikməsinə icazə verilməsi, tikintiyə nəzarət RİHB aparatının memarlıq və tikinti şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən reyestr nömrəsi **********59 olan Çıxarışın surətindən görünür ki, X3 adına Şamaxı rayonu Avaxıl kəndi ərazisindən 0,81 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının İXM ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikasının İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə olan halda X2 inzibati tənbeh vermə haqqında qərarda göstərilən inzibati xətanı törətməsini səlahiyyətli orqan sübut etməlidir. Lakin şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, həmçinin səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında izahatından aydın olur ki, X4 Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 09 saylı qərarı ilə tikinti məqsədi ilə 1.00 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tikinti məqsədi ilə ayrılmış torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması onun inzibati məsuliyyətə cəlb olunmasına əsas ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli X3 inzbati tənbeh edilməsinə dair 09 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən X3 barəsində qəbul edilmiş 09 sentyabr 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar