Məhkəmə qərarları › İş №3(074)-409/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-409/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-409/2025 24.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi ərizə üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokolun əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, şikayət sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan müəyyən olunur ki, X3 barəsində tərtib edilmiş 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokol və 27 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bundan başqa X3 tərəfindən 27 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində (İXM-nin 130.1-ci maddəsi) həmin qərardan məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. X3 şikayət ərizəsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını hansı tarixdə əldə etməsi ilə əlaqədar heç bir sübut əlavə etməmişdir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, ğluna buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması X2 izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 106 və 109cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 avqust 2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar