Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-41/2023 16.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, Şamaxı rayonu, Əngəxaran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)-1311/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, 2(074)-250/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, 2(074)-1575/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(074)-782/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2(074)- 883/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, e-2(074)-606/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(074)-852/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, e-2(074)-1049/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilərək, əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1311/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs və X1 kreditor X5 xeyrinə cəmi 569,60 manat pul tutulmalı, Şamaxı Rayon Məhkəməsinin 2(074)-250/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclu X6 və Şəxs kreditor X5 xeyrinə cəmi 1122 manat pul tutulmalı, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 1575/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, borclu Şəxs kreditor "xxxx" ASC-nin xeyrinə cəmi 955,55 manat pul tutulmalı, Şamaxı Rayon Məhkəməsinin 2(074)-782/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs 7500 manat borc və ödənilmiş dövlət rüsumu olaraq 30 manat alınıb, iddiaçı X2 xeyrinə pul tutulmalı, Şamaxı Rayon Məhkəməsinin 2(074)-883/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə cəmi 946,37 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, Şamaxı Rayon Məhkəməsinin e- 2(074)-606/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs cəmi 1454,63 manat və ödənilmiş dövlət rüsumu olaraq 34,95 manat pul "xxxx" KB ASC-nin xeyrinə tutulmalı, Şamaxı Rayon Məhkəməsinin 2(074)-852/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs 5000 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 70 manat alınıb, X3 xeyrinə tutulmalı, Şamaxı Rayon Məhkəməsinin e-2(074)-1049/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Şəxs cəmi 2103 manat pul və ödənilmiş dövlət rüsumu olaraq 41,03 manat alınıb, "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra, müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, icra sənədləri üzrə borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş və inzibati məsuliyyətə cəlb olunacağı haqqında xəbərdarlıqlar olunmuşdur. Hazırda qeyd olunan icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclunun hal-hazıra icra sənədləri üzrə 14678,15 manat borcu qalmaqdadır. Lakin, borclu yaranmış borcunu bir dəfəyə ödəməyə maddi imkanının olmamasını əsas gətirərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və bununla da, icra sənədlərinin icrasından yayınmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin müxtəlif tarixli icra sənədlərinə əsasən, onun tərəfindən pul məbləğləri tələbkarların xeyrinə ödənilməlidir. Lakin, onun həmin icra sənədləri üzrə borc məbləğlərini bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Belə ki, heç bir yerdə işləmir, adına hər hansı daşınmaz əmlak yoxdur və yeganə gəlir mənbəyi aldığı pensiyadır. Borc məbləğlərini aldığı pensiyanın 50 faizi həcmində ödəməklə tutulmasını xahiş edir. Göstərilənləri nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra, icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, inzibati cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanun normalarını əsas tutaraq, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-41/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-41/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver