Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-411/2023 21.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Şamaxı rayonu, Hacıqədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Şamaxı rayonu, Hacıqədirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1060/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu adına sorğu edilmiş borclunun adına daşınmaz əmlak aşkar edilmişdir. Lakin, ümumbirgə mülkiyyət olduğundan Nazirlər Kabinetinin qərarında göstərilən müddəanı 1 ha yer olmaqla əhatə etmədiyindən tərəfimizdən həbs qoyulması mümkün olmamışdır. Həmçinin, borcluya tərəfimizdən müxtəlif tarixdə xəbərdarlıqlar olunmasına baxmayaraq, borclu İcra Şöbəsinə gəlməmiş və öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Sonuncu dəfə borcluya xəbərdarlıq göndərildikdən sonra İcra şöbəsinə gəlmədiyidən onun yeri müəyyən olunaraq, Şamaxı rayon İcra Şöbəsinə dəvət olunmuş, lakin yenidən borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi qərəzli olaraq yerinə yetirməyəcəyini bildirmiş və aliment borcundan hər hansı bir qəbz təqdim etməmişdir. Odur ki, tərəfimizdən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə protokol təqdim olunaraq baxılması üçün Şamaxı rayon Məhkəməsinə təqdim edilmişdir. O, aliment borcundan hər hansı ödəniş etməmişdir. Hazırda onun aliment borcu 11340 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, X6 ilə boşanmağa razı olmamışdır. X6 özü bu tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarından və məhkəmə qətnaməsindən məlumatlı olsa da o, məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə qətnaməsindən hər hansı şikayət verməmişdir. O, heç bir aliment ödənişi etməmişdir. Onun aylıq qazancı 500 manatdan yüksəkdir. Hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahat verib bildirdi ki, borclu Şəxs şikayətçidir. O, Şəxs ilə 2016-cı ildə faktiki olaraq ayrılmışdır. xx.xx.2018-ci il tarixində isə rəsmi olaraq nikahları pozulmuşdur. Belə ki, aliment borcunun tam ödənilməsini istəyir. Uşaqlarına baxmaqda çətinlik çəkir, borclu aliment borcundan heç bir ödəniş etməyib. Odur ki, onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)- 1060/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 06 iyun 2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabir pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı dərhal təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0400 ha, Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha, 4,7370 ha ümumibirgə mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2019-cü il tarixli təqdimat və bildirişdən görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1060/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şəxs adına tələbin yönəldilə biləcəyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0400 ha, Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha, 4,7370 ha ümumibirgə mülkiyyətdə olan kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimat baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(074)- 69/2019 saylı qərardadından görünür ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1060/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs adına aşkar edilmiş torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimat təmin edilmiş və borclu Şəxs adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0400 ha, Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha, 4,7370 ha torpaq sahələrinin borclu Şəxs məxsus hissəsinə həbs qoyulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərar və bildirişdən görünür ki, Şəxs mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,0400 ha, Şamaxı rayonu, Hacıqədirli kəndində yerləşən 0,3556 ha, 0,0030 ha, 2,5257 ha, 4,7370 ha torpaq sahələrinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-41/2022 saylı xx.xx.2022ci il tarixli qərardadından görünür ki, ərizəçi Şəxs Şamaxı rayon Məhkəməsinin 8(074)- 69/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilmiş və Şamaxı rayon Məhkəməsinin 8(074)- 69/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə borclu Şəxs adına olan birgə mülkiyyət hüququ ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qiymətləndiricinin dəvət edilməsi haqqında qərar və bildirişdən görünür ki, Şəxs mülkiyyətində olan 2,5257 ha torpaq sahəsinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 sentyabr 2023-cü il tarix, saat 15:35-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-411/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-411/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver