Məhkəmə qərarları › İş №3(074)-412/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-412/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-412/2021 29.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şamaxı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Prokurorluğunda 11 dekabr 2021-ci il tarixli qərarla inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, material baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şamaxı rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X4 izahatında göstərdi ki, Şəxs ilə X5 birlikdı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla Şamaxı rayonu ərazisində ümumilikdə 39000 manat məbləğində qızıl-zinət əşyalarının satışını həyata keçirmiş, nəticədə dövlət büdcəsinə ödəniməli olan gəlir vergisi ödənilməmiş və inzibati xəta nəticəsində 1950,0 manat maddi ziyan vurulmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, heç bir yerdə işləmir, davamlı olmasa da 5 ilə yaxındır ki, qızıl satışı ilə məşğul olur, təxminən 1 ilə yaxındır ki, Reyhan Məlikli ilə qızıl satışı ilə məşğul olur, qızılları müxtəlif qızıl satılan dükanlardan, internet saytlarından alır, qızıllar müxtəlif 583 (Türkiyə istehsalı), 585 (Rusiya istehsalı), 750 (İtaliya istehsalı) dəyərində olur, 583 dəyərində qızılın qramını 75 manat, 585 dəyərində qızılı 75, 750 dəyərində qızılı isə 90 manata satmasını Reyhana bildirmiş, bu müddət ərzində Reyhana təxminən 39000 min manatlıq qızılı satması üçün vermiş, ö qızılın hər qramının üstündə 2-3 manat pul qoyub satmış, bu müddət ərzində 39000 min manatlıq qızıldan hesablamalarına görə təxminən 1500 manat xeyir əldə etmiş, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün dövlət qeydiyyatına (vergi uçotuna) alınmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, Şamaxı rayon prokrurorluğunun 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, 86 C-21 nömrəli toplanmış material üzrə Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında il üzrə icraat başlanmış və inzibati araşdırma aparılması qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Sabir X1-zinət əşyalarının satışını birgə həyata keçirmişlər. İş materiallarında olan 13.10.2021-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, CD-R diskin içərisində olan Şəxsla Reyhan Məliklinin birlikdə qızıl-zinət əşyalarının satışını həyata keçirdiklərini təsdiq edən fotoşəkillər çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin 26.11.2021-ci il tarixli **********117600 saylı məktubundan görünür ki, Şəxs və X3 uçot baza məlumatlarında vergi orqanında uçota alınması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinin 08 dekabr 2021-ci il tarixli **********033900 saylı məlumatında görünür ki, X5 və Şəxs 39000 manat dəyərində qızıl və ondan hazırlanmış zərgərlik məlumatlarının satışını həyata keçirdikləri üçün və vergi tutulan əməliyyatlareının həcmi 200.000 manatdan aşağı olduğuna görə gəlir vergisinin ödəyiciləri kimi vergi orqanında uşota alınmaq üçün ərizə verməyə və əldə etdikləri gəlirləri barədə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verməyə və həmin tarixədək 1950,0 manat gəlir gergisini (vergiyə cəlb edillən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulduğunu və mikro sahibkart olduqları üçün gəlirinin 75 faizinin vergidən azad olunduğunu nəzərə alaraq (39000,0*20%=1950,0)manat xərclər barədə təsdiqedici sənədlər olduğu təqdirdə Veürgi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı olan xərclər gəlirdən çıxıldıqdan sonra) dövlət büdcəsinə ödəməyə borcludurlar. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə edilmiş sənədləri tədqiq edib və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarını əsas götürərək Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398ci maddəsinin sanksiyasında də nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli-3900 (üç min doqquz yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Naiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar