Məhkəmə qərarları › İş №3(074)-413/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-413/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-413/2023 10.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1982-ci ildə Şamaxı rayonu Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Sündü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Qobustan Rayon Polis Şöbəsindən Şəxsun Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(026)-207/2023 saylı qərarı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati qaydada iş üzrə icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti verərək, mübahisəli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(105)-362/2023 saylı qərarı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinməsinə dair Qobustan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(026)-207/2023 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 11 iyun 2023-cü il tarixdə Qobustan rayonunun Sündu kəndi ərazisində həmkəndlisinin övladına təşkil etdiyi toy axşamı məclisində iştirak etmiş və həmin axşam saat 23 radələrində baş qarışdırmaq məqsədilə İslam, Anar və Rahimlə birlikdə 20 qəpikdən yer atıb kartla oyun oynamışlar. Yerdə 2-3 manat pul olmuşdur. Bir neçə dəqiqədən sonra Qobustan rayon polis şöbəsinin əməkdaşları onları Qobustan Rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qobustan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin dispozisiyasına görə, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə təqsirli şəxslər inzibati qaydada cərimə edilir. Lakin iş materiallarından oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin maddi sübut kimi götürülməsi görünmür. Qeyd olunan maddənin dispozisiya şərtindən də göründüyü kimi, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirlərin mövcud olması imperativ qaydada müəyyən olunmuşdur. Həmçinin 21 iyun 2023-cü il tarixli cinayət işinin başlamasının rədd edilməsi barədə qərardan görünür ki, izahatı alınan Qobustan RPŞ-nin əməliyyat müvəkkili X1 bildirmişdir ki, həmin qumar oyununu kimin təşkil etdiyi barədə məlumatı yoxdur. Bundan başqa xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verilib-verilməməsi müəyyən olunmur. Beləliklə, məhkəmə qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə Qobustan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar