Məhkəmə qərarları › İş №3(074)-414/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-414/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-414/2023 26.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı şəhəri, Koroğlu küçəsi, ev 6 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş MN nömrəli ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas – onun xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində yaşayan X4 ilə mobil telefonla danışarkən, onu ölümlə hədələməsi və nalayiq ifadələr işlətməsi olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən Şirvan Göl restoranında tanışı Əlinin toy məclisində iştirak edən zaman, onun oturduğu masanın yanında Gündüz Heybətov əyləşmişdir. Təxminən bir saat həmin məclisdə oturmuş, sonra isə dostu Pəsər Sadayevlə birlikdə çölə çıxmış, həmin vaxt onun mobil telefona zəng gəlmiş, zəng edənin Gündüz olduğunu bilmiş və Gündüz onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O isə, həmin vaxt telefonu söndürmüşdür. Sonradan isə yenidən Gündüz ona zəng edərək, söyüş söyməyə başlamış, o isə, əsəblərini saxlaya bilməyərək, telefonla vasitəsi ilə Gündüzün ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə telefonu söndürmüşdür. xx.xx.2023-cü il tarixdə Gündüz adlı şəxsin onu təhqir etməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. X2 izahatında göstərdikləri böhtan və yalan xarakterlidir. Belə ki, o, həmin vaxt Gündüz Heybətovla qarşılaşmamış, onunla üzbə-üz mübahisə etməmiş, yuxarda qeyd etdiyi kimi, Gündüzlə onun arasında yalnız telefon danışığı olmuşdur. Həmçinin, Gündüz Heybətovun barəsində sosial şəbəkələrdə gizli profil açmamış, onun şəkillərini və avtomobilinin qeydiyyat nömrəsini paylaşmamışdır. Gündüz Heybətov onu təhqir etdiyindən və onun ölmüş atasını təhqir etdiyindən o, qarşılığında telefon danışığı zamanı Gündüzü təhqir etmişdir. Lakin, heç bir əsas olmadan onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. X1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən Şirvan Göl restoranında tanışı Kənanın toy məclisində iştirak edən zaman, onun oturduğu masanın yanındaki masada Elşən və tanışları əyləşmişdir. Həmin vaxt Elşən ona yaxınlaşıb söz atmağa başlamış, o isə, Elşənin spirtli içki təsirində olduğunu hiss etmişdir. Təxminən yarım saat toyda oturduqdan sonra, toy məclisdindən çıxmış və evinə getmək üçün, yolun kənarında sarayın yaxınlığında dayanan zaman, Elşən idarə etdiyi avtomobili onun yanında saxlamış, ona yaxınlaşıb guya borc olaraq 500 manat pul istəmiş, o isə, cavab olaraq Elşənə borca pul verməyəcəyini, içkili olduğunu, ondan uzaqlaşmasını demişdir. Elşən isə əsəbi halda onun üzərinə gələrək, onu təhqir edib, onu bıcaqla vurub öldürəcəyini hədələmişdir. Sonra isə o, Elşəndən uzaqlaşıb evinə getmişdir. Həmin tarixdə evində oturan zaman, Elşən dəfələrlə ona zəng vurub, nəlayiq ifadələr işlətmiş, hədə-qorxu gəlməyə başlamış, o isə, hadisə barədə DİN-nin 102 xidmətinə məlumat verdikdən sonra, Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan gecə saatlarında Elşən müxtəfil sosial şəbəkələrdə onun şəkillərini və idarə etdiyi avtomobilin dövlət qeydiyyat nömrəsini paylaşaraq, ünvanına təhqiramiz ifadələr işlətmiş, daha sonra Elşən müxtəlif sosial şəbəkələrdə saxta və aşkar profillər açaraq, ünvanına təhqiramiz ifadələr yazmış və şəkillərini paylaşaraq, onun şərəf və ləyaqətini alçaltmışdır. O, bu barədə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində yaşayan X4 ilə mobil telefonla danışarkən, sonuncunu ölümlə hədələmiş və nalayiq ifadələr işlətmişdir. Gündüz Heybətov daha sonra polis orqanlarına şikayət etmiş və bu səbəbdən də, Şəxs barəsində qanunamüvafiq qaydada İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində yaşayan X4 ilə mobil telefonla danışarkən, onu ölümlə hədələmiş, nalayiq ifadələr işlətmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsinin dispozisiyasından da görünür ki, inzibati məsuliyyətin yaranması üçün ictimai qaydanın pozulması, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun obyektiv tərkibi mövcud deyil, yəni ictimai qaydanın pozulması halı müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar