Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-415/2023 26.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən “Bəyaz Palace” adlanan şadlıq sarayında qohumlarının toyu olduğu üçün ailələri ilə birlikdə toyda iştirak etmək üçün Şamaxı şəhərinə gəlmişlər. Toydan çıxan zaman əvvəldən tanımadığı bir nəfər şəxsin uca səslə nalayiq ifadələr, söyüş və təhqirlər işlətməsini görmüşdür. O, ona burada qadınların, uşaqların olmasını bildirmiş və söyüş söyməməsi barədə xəbərdarlıq etmişdir. O isə, qarşılığında ona yaxşı elədiyini bildirdikdən sonra aralarında mübahisə baş vermişdir. Daha sonra polis əməkdaşları onlra yaxınlaşıb özlərini təqdim edərək qanunun tələblərini onlara izah etmişlər və onları Şamaxı rayon Polis Şöbəsinə dəvət etmişlər və onlarla birlikdə Şamaxı rayon Polis Şöbəsinə gəlmişlər. O, etdiyi əmələ görə peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:50 radələrində Şamaxı şəhəri, M.Ə. Rəsulzadə küçəsində “Bəyaz” Şadlıq Sarayının qarşısında xidmətdə olarkən orada adları sonradan onlara məlum olan Şəxs, X9 və X2 birbirilərilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətmələrini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edib barələrində araşdırma aparılması üçün onları Şamaxı rayon Polis Şöbəsinə dəvət etmişlər. Bu zaman Şəxs və X9 onlarla razılaşsa da X4 onların qanuni tələblərinə tabe olmayaraq Şamaxı rayon Polis Şöbəsinə getməkdən imtina etmiş və öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar onu dəfələrlə nizam intizama dəvət etsələrdə, tabe olmayaraq ictimai asayişi pozaraq nalayiq ifadələr işlətməyə davam etmişdir. Daha sonra onlar X3 Şamaxı rayon Polis Şöbəsinə gətirmişlər. Şəxs və X1 olaraq Şamaxı rayon Polis Şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X6 şahid Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nün bölük komandiri polis kapitanı Eliyar Səmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Şamaxı şəhər ərazisində xidmət yoxlayan zaman Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində üç nəfər şəxsin bir-biri ilə mübahisə edərək ictimai yerdə uca səslə nalayiq ifadələr işlətmələrini, ictimai asayişi pozmalarını görmüşlər və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Qanun pozuntusunu onlara izah etmək istəyərkən onladan biri adı sonradan onlara məlum olan X4 polisin ünvanına nalayiq ifadələr işlədərək onlara gedin işinizlə məşğul olun deyərək öz qanunsuz hərəkətlərinə davam etmişdir. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələrdə o onların qanuni tələblərini qəsdən pozduğu üçün tərəflərindən Şamaxı rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 70 (yetmiş) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-415/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-415/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver