Məhkəmə qərarları › İş №3(074)-416/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-416/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-416/2024 07.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 2002-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostları X7 və X8 ilə birlikdə idarə etdiyi “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri, Nərimanov küçəsində hərəkətdə olan zaman RPŞ-nin qarşısında keçərkən dostu X7 əsəbi olduğundan telefonda yüksək səslə danışaraq nalayiq ifadələr işlətmişdir. Onlar rayonun S.Ə.Şirvani küçəsində hərəkətdə olan zaman PPXB-nin avtomaşını ilə onlara saxla əmri verilmiş və o, avtomaşını saxlamış, daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlara pozduqları qanun pozuntusunu izah edib barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməmiş və heç bir ictimai yerdə ictimai qaydanı pozan hərəkətlərə yol verməmişdir. Camulla maşına minəndən əsəbi halda telefonla danışmış, polis şöbəsinin qarşısından keçərkən də davam etmiş, yəni Camulla məqsədli şəkildə yalnız polis şöbəsinin qarşısından keçərkən uca səslə danışmamışdır. Odur ki, iş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində 1 nömrəli stasionar postda yəni, Şamaxı RPŞ-nin qarşısında xidmətdə olan zaman “Lada- Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan 3 nəfər şəxs Şamaxı şəhəri, N.Nərimanov küçəsində RPŞ-nin qarşısından keçən zaman ictimai qaydanı pozaraq nalayiq ifadələr işlədib oradan uzaqlaşmışlar. Daha sonra X4 və Vahid Hacıyev “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan həmin şəxsləri RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxslər Şəxs, X8 və X5r. Həmin şəxslərdən X7 həmin vaxt yeznəsi ilə telefonla danışmış və ona qarşı nalayiq ifadələr işlətmişdir. Digər şəxslər Şəxs və X8 RPŞ-nin qarşısından keçən zaman heç bir nalayiq ifadələr işlətməmişlər. Qaranlıq olduğundan bunu həmin vaxt görməmiş, lakin həmin şəxslər Rayon Polis Şöbəsinə gətirildikdən sonra aydın olmuşdur ki, X7 polisin ünvanına nalayiq ifadələr işlətməmiş, ümumi nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis kiçik serjantı, polis nəfəri X6 şahid RPŞ-nin PPXB-nin polis serjantı, polis nəfəri X2 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nün bölük komandirinın müavini, polis baş leytenantı Vahid Hacıyev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Şamaxı RPŞ-nin PPXB-nin sürücü polis nəfəri Cəlal Adgözəlovla birlikdə Şamaxı RPŞ-nin qarşısında xidmətdə olan zaman “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan 3 şəxs Şamaxı şəhəri, N.Nərimanov küçəsində RPŞ-nin qarşısından keçən zaman ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər və oradan uzaqlaşmışlar. Daha sonra o, və sürücü polis nəfəri Cəlal Adgözəlov avtomaşına əyləşərək rayonun S.Ə.Şirvani küçəsində “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri vermişlər və avtomobili saxlamışlar, avtomobildən 3 nəfər şəxs düşdükdən sonra onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərə pozduqları qanun pozuntusunu izah edib onları barələrində qanunu tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxslər Şəxs, X8 və X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019696 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati materiala xitam verilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, o, nalayiq ifadələr işlətməmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibini yaratmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 510-cu əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar