Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-417/2024 07.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 03:00 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsində ictimai qaydanı pozaraq uca səslə nalayiq ifadələr işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə dostları X7 və X1 ilə birlikdə Baloğlanın idarə etdiyi “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhəri, Nərimanov küçəsində hərəkətdə olan zaman RPŞ-nin qarşısından keçərkən əsəbi olduğundan telefonda yüksək səslə danışaraq nalayiq ifadlər işlətmişdir. Onlar rayonun S.Ə.Şirvani küçəsində hərəkətdə olan zaman PPXB-nin avtomaşını ilə onlara saxla əmri verilmiş və avtomaşını saxlamışlar, daha sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları pozduqları qanun pozuntusunu izah edib barələrində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. O, etdiyi əmələ görə peşmandır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobildə yalnız o, uca səslə nalayiq ifadələr işlətmişdir. O, nalayiq ifadələri polisin ünvanına deməmiş, lakin elə alınmışdır ki, polis şəbəsinin qarşısından keçəndə polislər eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində 1 nömrəli stasionar postda yəni, Şamaxı RPŞ-nin qarşısında xidmətdə olan zaman “Lada- Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan 3 nəfər şəxs Şamaxı şəhəri, N.Nərimanov küçəsində RPŞ-nin qarşısından keçən zaman ictimai qaydanı pozaraq nalayiq ifadələr işlədib oradan uzaqlaşmışlar. Daha sonra X5 və Vahid Hacıyev “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan həmin şəxsləri RPŞ-nə gətirmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxslər X1, X7 və Şəxs Tahir oğludur. Həmin şəxslərdən Şəxs Tahir oğlu həmin vaxt yeznəsi ilə telefonla danışmış və ona qarşı nalayiq ifadələr işlətmişdir. Digər şəxslər X1 və X7 RPŞ-nin qarşısından keçən zaman heç bir nalayiq ifadələr işlətməmişlər. Qaranlıq olduğundan bunu həmin vaxt görməmiş, lakin həmin şəxslər Rayon Polis Şöbəsinə gətirildikdən sonra aydın olmuşdur ki, Şəxs Tahir oğlu polisin ünvanına nalayiq ifadələr işlətməmiş, ümumi nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis kiçik serjantı, polis nəfəri X6 şahid RPŞ-nin PPXB-nin polis serjantı, polis nəfəri X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nün bölük komandirinın müavini, polis baş leytenantı Vahid Hacıyev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Şamaxı RPŞ-nin PPXB-nin sürücü polis nəfəri Cəlal Adgözəlovla birlikdə Şamaxı RPŞ-nin qarşısında xidmətdə olan zaman “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan 3 şəxs Şamaxı şəhəri, N.Nərimanov küçəsində RPŞ-nin qarşısından keçən zaman ictimai qaydanı pozaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişlər və oradan uzaqlaşmışlar. Daha sonra o, və sürücü polis nəfəri Cəlal Adgözəlov avtomaşına əyləşərək rayonun S.Ə.Şirvani küçəsində “Lada-Qranta” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri vermişlər və avtomobili saxlamışlar, avtomobildən 3 nəfər şəxs düşdükdən sonra onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərə pozduqları qanun pozuntusunu izah edib onları barələrində qanunu tədbir görülməsi üçün RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxslər X1, X7 və Şəxs Tahir oğludur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019694 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, onun həmin maddənin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-417/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-417/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver