Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-417/2025 02.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2004-cü ildə Şamaxı rayonu, Məlikçobanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Məlikçobanı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Şamaxı rayon məhkəməsinin yaxınlığında döyülməsi faktı alınmış izahatlar və MTE-nin 189 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə 2021-ci il də ailə həyatı qurmuşlar, birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. 2023-cü ildə Şamaxı rayon məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. xx.xx.2025-ci il tarixdə qızıl tələbi ilə bağlı Şamaxı rayon məhkəməsində iclasda iştirak etmişlər. Məhkəmədə o, Nurlan və Zərərçəkmiş şəxs iştirak etmişlər. Anası Günel isə məhkəmənin inzibati binasının çölündə uşaqları saxlamışdır. Məhkəmədən sonra Nurlan Xanəliyev və Zərərçəkmiş şəxs məhkəmə ilə üzbə üz olan mediasiyaya getmişlər, o, anası ilə birlikdə mediasiyanın qarşısına getmişlər. Mediasiyanın qarşısında Nurlan və Zərərçəkmiş şəxs onunla mübahisə yaratmışlar, o, əsəbləşib Bəyalını sifətini dırnağı ilə cırmışdır. Daha sonra onlar sakitləşərək Şamaxı rayon polis şöbəsinə gəlmişlər. Hadisə Şamaxı rayon məhkməsinin yaxınlığında mediasiyanın qarşısında baş vermişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, düzdür onlar məhkəmədən çıxan zaman onların aralarında əmlakla bağlı mübahisələri yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dediyinə görə zərərçəmiş şəxsin qardaşı ona nalayiq ifadələr işlətmiş oda cavabında onun üzünə cırmaq atmışdır. Düşünürəm ki, Şəxs özünü müdafiə etmişdir. Müdafiə etdiyi Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs ilə 2021-ci il də ailə həyatı qurmuşlar, birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. 2023-cü ildə Şamaxı rayon məhkəməsinin qərarı ilə rəsmi boşanmışlar. xx.xx.2025-ci il tarixdə qızıl tələbi ilə bağlı Şamaxı rayon məhkəməsində iclasda iştirak etmişlər. Məhkəmədə o, qardaşı Nurlan, keçmiş həyat yoldaşı Məlahət və qaymanası Günel iştirak etmişlər. Məhkəmədə iclası təxirə salınmış, daha sonra o, qardaşı Nurlan, keçmiş həyat yoldaşı Məlahət və qaymanası Günel məhkəmə binasından çıxmışlar. Binadan çölə çıxandan sonra övladları ona yaxınlaşmaq istəyəndə qaynanası Günel və keçmiş həyat yoldaşı Məlahət uşaqları ona yaxınlaşmağa qoymamışlar və onunla mübahisə etmişlər, mübahisə zamanı keçmiş həyat yoldaşı Məlahət sağ əlinin dırnağı ilə onun sifətini cırmışdır. Daha sonra qardaşı Nurlan onlara yaxınlaşmış onları aralamış və Şamaxı rayon polis şöbəsinə gəlmişlər. Hadisə nəticəsində sifətindən xəsarət almışdır. Hadisə Şamaxı rayon məhkməsinin yaxınlığında baş vermişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermişdir. Hadisə vaxtı orada o, qardaşı Nurlan, keçmiş həyat yoldaşını Məlahət və qaynanası Günel olmuşdur. Məlahətlə ümumiyyətlə münasibətləri yaxşı deyil və tez-tez mübahisələri olur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 189 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ gözün içəri bucağının, üst dodağın sol yarısının sıyrıqları, sağ kürək nahiyyəsinin qançırı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayun xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-417/2025
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-417/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver