Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-418/2024 10.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1976-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 28 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs üzərindən şəxsi axtarış zamanı üzərindən 0,29 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən 10 iyun 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 25 aprel 2024-cü il tarixdə, səhər saatlarında Şamaxı şəhəri, Mərkəzi xəstəxananın qarşısında taksi gözləyən zaman yolun kənarında siqaret qutusunu görmüş, həmin siqaret qutusu marağına səbəb olduğu üçün götürmüş və açıb baxdıqda içərisində gümüşü siqaret kağıza bükülmüş büküm görmüş, həmin bükümü götürmüş içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşdür. Əvvəllər marixuana istifadə etdiyi üçün həmin marixuananı istifadə etmək üçün bükümü götürmüş, əynimdəki qara rəngli gödəkçənin yan cibinə qoymuş və 26 aprel 2024-cü il tarixdə Şamaxı şəhəri, Şəhriyar küçəsində Mərkəzi Univermağın pilləkanlarnın yaxınlığında evinə gedən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdı. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə üzərində axtarış aparılmışdır. Üzərinə axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində gümüşü rəngli siqaret kağıza bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları bükümü açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd büküm və bir ədəd '"Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi büküm kağız zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi xətadan səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahatında göstərdi ki, Şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik maddəyə görə, əməlində cinayət tərkibi olmadığından, barəsində 26 may 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə tədbir görülməsi üçün Şamaxı Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin təhqiqatçısı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş 26 may 2024-cü il tarixli raportdan görünür ki, 26 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Şamaxı şəhəri, Şəhriyar küçəsində Mərkəzi Univermağın pilləkanların yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş ünvan 1 ünvanda yaşayan Şəxs üzərində bir ədəd siqaret qutusunda təmiz çəkisi 0,29 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2024-cü il tarixli, 7/654 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şəxs üzərində...” yazı və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,29 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təhqiqatdan sonra – 0,24 qramdır. Aparılmış tədqiqatın dəyəri – 78 manat təşkil edir. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin təhqiqatçısı Vüqar Mehraliyev tərəfindən qəbul edilmiş 26 may 2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, əməlində cinayət tərkibi olmadığından, Şəxs barəsində cinayət işinin başlanması rədd edilsmiş, qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM- nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyi üçün müvafiq tədbir görülməsi üçün Şamaxı Rayon Polis Şöbəsinin İTB-yə göndərilmiş və Kamil Şirəliyevin üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq olan 0,24 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Şamaxı Rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Şəxs 26 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 aprel 2024-cü il tarixdə həbsdən azad edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi istehlak miqdarı narkotik maddə olan qurudulmuş marixuana 5 (beş) qram olması nəzərdə tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs 26 aprel 2024-cü il tarixdən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddəti nəzərə alır. İş üzrə maddi sübut olan və Şamaxı Şəhər Polis Şöbəsində saxlanılan 0,24 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs 01 (bir) gün şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət təyin olunmuş həbs müddətindən çıxılmaqla, üzərində qəti olaraq 14 (on dörd) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. İnzibati həbs etmənin əvvəli 10 iyun 2024-cü il tarix, saat 11:45-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İş üzrə narkotik vasitə olan 0,24 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-418/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-418/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver