Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-419/2023 20.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Sadiq qızının iştirakları ilə, 14 aprel 1978-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşən evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 28 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs 01 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs Sadiq qızının əmlakına az miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 01 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs Sadiq qızının əmlakına az miqdarda ziyan vurmuşdur. Zərərçəkmiş şəxsin müraciəti əsasında araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməli İXM-nin 157 və 232-1-ci maddəsinin tərkibini yaratdığından inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, X4 anası, X6 isə qardaşı olmaqla, həmin şəxslərlə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. O, təxminən iki il öncə Bakı şəhərində yerləşən Badamdar qəsəbəsi ərazisində “Holliwood” restoranını işlətmiş, həmin dövrdə restoranda qəlyan satdığı üçün cərimə olunmuş, lakin, cəriməni ödəməmişdir. Bununla bağlı 31 may 2023-cü il tarixdə səhər saatlarında, cəriməni ödəmədiyi üçün ona zəng edilmiş və Şamaxı rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. Bununla bağlı o, qaynı X5 ilə birlikdə sonuncunun idarə etdiyi «Chevrolef» minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərinə gəlmiş, işlərini həll etdikdən sonra Natiqlə birlikdə Şamaxı rayonu, Pirqulu qəsəbəsində yerləşən restoranların birinə gedib yemək yemişlər. Həmin vaxt o, spirtli içki olan pivə qəbul etmiş, 01 iyun 2023-cü il tarixdə Bakı şəhərinə qayıdarkən anası Məryəm və qardaşı Vüqara baş çəkmək qərarına gəlmişdir. Natiq onu Vüqarla Məryəmin yaşadığı ünvan 3 ünvanda yerləşən evə aparmışdır. O, küçə qapısını döymüş, lakin açan olmadığı üçün qapını açmaq məqsədilə qapının şüşəsini sındırmışdır. Həmin vaxt Vüqar və Məryəm küçə qapısını açmış və o, onlarla salamlaşıb evə daxil olmuşdur. Bir neçə dəqiqə söhbət etdikdən sonra evdən çıxmış, lakin mobil telefonunu tapa bilmədiyi üçün geri qayıtmış və polis əməkdaşlarının həmin ünvanda olmalarını görmüşdür. Bundan sonra o, anası Məryəmin onun barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib şikayət etməsindən xəbəri olmuşdur. Bundan sonra polis əməkdaşları onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. O, mübahisə zamanı anası əsəbi olduğundan anası Zərərçəkmiş şəxs Sadiq qızına məxsus olan “Samsung A 10” markalı telefonu zədələdiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Sadiq qızı izahatında bildirdi ki, Şəxs Hafiz oğlu onun oğludur. Həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, davadalaş olmamışdır. O, təxminən bir ilə yaxın müddətdə Anarın, hal-hazırda yaşadığı evin satılması ilə bağlı mütəmmadi olaraq onunla mübahisə etdiyini bildirmişdir. Sonuncu dəfə 31 may 2023-cü il tarixdə saat 23 radələrində Anar ev telefonuna zəng edərək onunla evin satılması ilə bağlı mübahisə etməyə başlamış, mübahisə zamanı o, Anarın danışığından sərxoş halda olduğunu hiss etmiş, və cavab qaytarmamışdır. Lakin, Anar sakitləşməmiş, əksinə onu təhqir etməyə başlamışdır. Həmin vaxt digər oğlu Vüqar Eyvazov evə daxil olmuş, onun Anarla danışdığını və Anarın onu təhqir etməsini bilib telefonu onun əlindən almış, onu təhqir etdiyi üçün Anarı danlamış və telefonun dəstəyini asmışdır. Bundan sonra o, Anarın gələcəyini bildiyi üçün küçə qapısını bağlamış və Anarın gəlməsini gözləmişdir. O, 01 iyun 2023-cü il tarixdə saat 01:30 radələrində evdə olan zaman Anar evə daxil olmuş və onunla mübahisə edib, söyməyə başlamışdır. Həmin vaxt yuxudan ayılan digər oğlu Vüqar, Anara acıqlanıb sakit olmasını tələb etmiş, lakin, Anar sərxoş halda Vüqarın üzərinə getmiş və boğazından yapışaraq divara sıxmışdır. O, Vüqarla Anarın bir-birlərinə xəsarət yetirmələrini düşünmüş dərhal mətbəxə daxil olub bıçaqları gizlətmişdir. Həmin vaxt o, Anar və X2 birlikdə Vüqarı yerə yıxıb döydüklərini görmüşdür. Bundan sonra o, Vüqarı Natiq və Anarın əlindən almağa çalışmış, lakin Anar buna imkan verməmişdir. Buna görə də o, hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bunu görən Anar və Natiq evdən çıxmış, evdən çıxarkən Natiq, onun polisə məlumat verməməyi üçün telefonu əlindən alıb yerə çırpmış, nəticədə ona məxsus olan “Samsung A 10” markalı telefonun ekran şüşəsi sınmışdır. Anarla Natiq küçəyə çıxdıqdan sonra Vüqar qapını bağlamış, bir neçə dəqiqə keçdikdən sonra Anar yenidən qayıdıb qapını döyməyə başlamışdır. Lakin, onlar qapını açmamış, buna görə də, Anar qapının üst hissəsindəki pəncərəni sındırmışdır. Bu zaman o, qonşular eşitməsin deyə qapını açmış və Anar içəri daxil olub ilk öncə evin bir ədəd şüşəsini, ev telefonunun altdığını, mətbəxdəki qab-qacaqları sındırıb, yenidən Vüqarın üzərinə gedərək onu döyməyə başlamışdır. Həmin vaxt polis əməkdaşları ona zəng etmiş, bunu görən Anar yenidən evdən çıxmış, həmin vaxt o, Vüqar və Anarın arxasınca getmiş, Anara çatdıqdan sonra Natiq Vüqarın sol sifət nahiyyəsinə yumruq vurub, onu yerə yıxmışdır. Daha sonra Anarla birlikdə avtomobilə minib hadisə yerindən uzaqlaşmışdır. Hadisə nəticəsində ona 165 manat maddi ziyan vurmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı RPŞ-nin İB-nin müstəntiqi Bəhlul Məlikli tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Sadiq qızının müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 157 və 232-1-ci maddələrinin tərkib əlaməti olduğundan qərarın surəti Şamaxı RPŞ-nin İTB-yə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 25.2.1-ci maddəsinə əsasən, cərimə tətbiq edilərkən inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ifadə oluna bilər. Həmin Məcəllənin 25.6-cı maddəsinə əsasən, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasının həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-34, 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-419/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-419/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver