Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-419/2024 10.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X4 oğlunun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi, ev 51 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, 05 aprel 2024-cü il tarixdə Şəxs X1 zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış, izahatlar ilə MTE-nin 187 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasmm İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 26 mart 2024-cü il tarixdə Şamaxı şəhərində yerləşən Çinar kafedə oturub, pivə içən zaman Nadamətin kafeyə başqa stolda oturduğunu görmüşdür. Onunla görüşmüş bir necə dəqiqə söhbət etməyə başlamışlar, Nadamət içkili olduğu üçün onunla mübahisə etməyə başlamış, Nadamət onu nalayiq sözlərlə təhqir etmiş və kafedən çıxıb getməyini bildirmiş, o, isə cavab olaraq kafenin onun olmadığını istədiyi vaxtı çıxıb gedər demiş və bir iki dəqiqə oturub kafedən çıxıb evinə getmişdir. 05 mart 2024-cü il tarixdə Nadaməti Şamaxı şəhəri Koroğlu küçəsi yaxınlığında yolun kənarında dayanan zaman ona yaxınlaşmış, bir necə dəqiqə söhbət etmişlər və o gün niyə onunla elə danışdığını demiş, Nadamət isə ona uzaq olmasını demiş onu nalayiq sözlərlə təhqir etmiş, cavab olaraq onunla düzgün danışmasını söyüş söyməməsini demiş, onlar Nadəmətlə söhbət edərək Koroğlu küçəsində yerləşən ona məxsus evə tərəf getmişlər, həmin vaxtı Nadamətin ayağı yerdəki daşa işildi və üzü üstə yerə yıxılmış, həmin vaxtı o, Nadaməti yerdən qaldırmış, sonra isə ondan uzaqlaşmış, sonrdan Nadamətin onun barəsində polisə məlumat verməsini bilmişdir. Həmin hadisə zamanı o, Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Baş vermiş hadisə təxminən bir iki dəqiqə ərzində davam etmişdir. O, Nadəməti döyməmiş, ona xəsrət yetirməmiş, sadəcə olaraq onların arasında mübahisə olmuşdur, Nadəmətin ayağı daşa toxunub yıxıldığı üçün xəsarət almışdır. Aramızda olan mübahisəyə görə ondan üzr istəmiş, yenədə üzr istəyir, bağışlanmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 26 mart 2024-cü il tarixdə Şamaxı şəhərində yerləşən Çinar kafedə oturub, pivə içən zaman Firuz kafeyə daxil olmuş və onun oturduğu stolda əyələşdir. Onunla bir necə dəqiqə söhbət etməyə başlamış, onun içkili olduğunu hiss etmiş və ona stolundan durub getməsini və başqa stolda oturmasını demişdir. Bu zaman Firuz onunla mübahisə etməyə başlamış və onu nalayiq sözlərlə təhqir etmiş, o, isə cavab olaraq ona atası yaşda olduğunu və ona nə deyirsənsə atasına getməsini demiş, sonra isə stoldan durmuş və kafedən çıxıb evinə getmişdir. 05 mart 2024-cü il tarixdə Şamaxı şəhəri Koroğlu küçəsində evinin yaxınlığında yolun kənarında dayanan zaman Firuz ona yaxınlaşmış, bir necə dəqiqə söhbət etmişlər, Firuzun içkili olduğunu görmüş, ondan uzaqlaşmaq istəsədə o israrla onunla söhbət etmək istədiyini demiş, və o günü kafedə onun səhv hərəkət etdiyini bildirmiş, o isə ona uzaq olmasını və ondan əl çəkməsini demiş, sonra isə onlar Firuzla söhbət edərək Koroğlu küçəsində yerləşən evinə tərəf getmişlər, bu zaman Firuz cibindən balaca bıçaq çıxarmış, o, isə həmin vaxt Firuzun əlidə bıçağı görmüş, qorxduğu üçün arxa-arxaya getmiş, ayağı yerdəki daşa işilmı və yerə yıxılmış, həmin vaxtı Firuz onun üzərinə gəlib yumruqla üz nahiyyəsinə bir necə zərbə vurmuş, o, isə tez Firuzu geri itələmiş, həmin vaxt Firuzun dirsəyi onun ağzına dəydi və ağzımna olan protez dişlərinin zədələndiyini hiss etmişdir. Sonra isə tez Firuzdan uzaqlaşmış və evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə Firuzun onu döyməsi barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə zamanı hadisə yerində ondan, Şəxsdan başqa heç kim olmamışdır. Baş vermiş hadisə təxminən bir iki dəqiqə ərzində davam etmişdir. Hazırda onunla barışmamış, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 28 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi mənzil 51də yaşayan Şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi mənzil 51-də yaşayan Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmiş, qərarın surətləri Zərərçəkmiş şəxs ilə Şəxs verilməklə qəbul edilmiş qərardan narazı qaldıqları halda prossesual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət etmək hüquqlarının olduğu onlara izah edilmiş, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Şamaxı rayon prokuroruna göndərilmiş, toplanmış material saxlanması üçün Şamaxı rayon polis şöbəsinin arxivinə verilmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 05 aprel 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə Şəxs onu döyməsini göstərməklə, həmin şəxs barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 05 aprel 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahatlar ilə MTE-nin 27 aprel 2024-cü il tarixli 187 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət yetirməsi faktı hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Odur ki, Şamaxı şəhəri, C.Balayev küçəsi ev 2 m qeydiyyatda olan, Şamaxı şəhəri, Koroğlu küçəsi ev 5-də yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasmda Şamaxı şəhəri, A.Məmmədağa küçəsi mənzil 51-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 187 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alın nahiyəsinin və sol gözaltı nahiyənin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olunduğundan dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-419/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-419/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver