Məhkəmə qərarları › İş №3(074)-42/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-42/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-42/2023 05.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət verən X9 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X9 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ƏMDX-nin Şamaxı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarını xx.xx.2022-ci il tarixdə almışdır. Həmin qərara əsasən cərimə olunmuşdur. Qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, İXM-nin 244.2-ci maddəsi meşə fondu torpaqlarının münbit qatma ziyan vurulduqda əsaslıdır və tədbiq edilməlidir. Lakin, qeyd edilən sahə ona məxsusdur, Keçməddin bələdiyyəsindən almış və kadastr planı vardır, meşə fondu deyildir və orada torpağın münbitliyinə ziyan vurulmamışdır. Ona görə də, qərar əsassızdır olduğundan ləğv edilməlidir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan X9 tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 69/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 3(074)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, X6 Azərbaycan Respublikası İXMnin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan verilmiş şikayətə dair materialın yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Şamaxı Rayon Məhkəməsinin 3(074)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək, X6 barəsində olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən verilmiş şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə qismən təmin edilərək, X6 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinməsinə dair MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan verilmiş şikayətə dair Şamaxı Rayon Məhkəməsinin 3(074)-42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün materialın Şamaxı Rayon Məhkəməsinə yeni məhkəmə baxışına göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, şikayət vermiş şəxs Ceyhun Nuriyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən aparılmış araşdırmada iştirak etmiş həmin şöbənin əməkdaşları tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və o, yerindəcə münasibət bildirmiş, lakin müvafiq tərtib olunmuş akta imza etməmişdir. O, cümlədən verilmiş apellyasiya şikayətinə əlavə olunmuş bildirişdən də görünür ki, şikayət vermiş şəxs Ceyhun Nuriyev ərazi şöbəsinə çağırılmışdır. Bundan başqa, məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmadan, onlara münasibət bildirmədən, inzibati xəta haqqında işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmadan, işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən materialda inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü, göstərilən hallar və məhkəməyə təqdim olunmuş sübutlar araşdırılmalı və onların mötəbərliyi yoxlanıldıqdan sonra, material üzrə qəti qərar qəbul edilməlidir. Məhkəmə iclasında X9 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin torpaq sahəsini alarkən, orada həmin sututarlar olmuş, onları o, yaratmamışdır. Yəni, inzibati xətaya səbəb olan göl onun tərəfindən yaradılmamış və həmin göl əvvəllər meşə yanğınları zamanı istifadə edilməsi üçün salınmışdır. Həmin ərazi açıq sahədir və örüş yeri kimi istifadə edilir. Orada bulaq var və bulağın suyu axaraq, göl əmələ gəlmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ondan qanunsuz tikinti işlərinin apardığını soruşduqda, o, hər hansı bir tikinti işlərinin görülmədiyini bildirmiş və əməkdaşlar özləri də, əraziyə baxış keçirərkən bunun şahidi olmuşlar. İşə Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsində baxılarkən, o, dəvət olunmuş və əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin nümayəndəsi X11 verilmiş şikayəti əsassız hesab edərək bildirdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən aparılan monitorinqlər nəticəsində, Şamaxı rayonu Qaladərəsi kəndində yaşayan X6 istifadəsində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsində sututar yaradılması halı aşkarlanmış və bununla bağlı, Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra, vətəndaşa rəsmi bildiriş göndərilərək, şöbəyə dəvət edilmiş, lakin həmin şəxs gəlmədiyindən, işə baxılaraq, Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixli qərarı ilə X9 600 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Şamaxı rayonu, Qaladərəsi kənd sakini X7 Şamaxı rayonu Keçmədin bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarına əsasən, kənd təsərrüfatı məqsədi ilə ayrılmış 3000,73 kv.m. torpaq sahəsi X15 kitabında uçota alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı rayon Qaleybuğurd bələdiyyəsi ərazisində monitorinq keçirilən zaman, kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində sahənin qazılması nəticəsində sututar yaradılması halı aşkarlanmışdır. Aparılan araşdırma zamanı, sututar yaradılmış ərazinin Şamaxı rayon Keçməddin bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 saylı qərarı ilə X7 ayrılmış 0,30 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğu məlum olmuşdur. X9 tərəfindən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində sututar yaradılması ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində qeyd olunan hala uyğun inzibati xəta törədilmişdir. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokola əsasən, X1 ərazisində mülkiyyətində olan kənd təsərrüfatı məqsədli torpaq sahəsində göl qazaraq (sututar) torpağın üst münbit qatını korlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X9 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində sututar yaradaraq, torpaq sahəsinin üst münbit qatını korladığına görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, bələdiyyənin qərarı ilə X4 təsərrüfatı məqsədli torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində Ceyhun Nuriyev tərəfindən sahənin qazılması nəticəsində sututar yaradılması və torpağın münbitliyinə ziyan vurulması halı öz təsdiqi tapmamışdır. Eyni zamanda, göründüyü kimi, X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və qəbul olunmuş qərarda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində meşə fondu torpaqlarının münbit qatının korlanmasına görə məsuliyyət müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 238 nömrəli qərarı ilə ilə təsdiq edilmiş “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri onlara məxsus torpaq sahələrinin hüdudları daxilində, icazə almadan öz ehtiyaclarını ödəmək üçün partlayış işləri aparmadan beş metr dərinliyədək ümumi yayılmış faydalı qazıntıların çıxarılmasını və yeraltı qurğuların tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən və bununla da, onun təqsirli olması sübuta yetirilmədiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X6 əməlində inzibati xətanın tərkibi olmadığı üçün, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi X2 barəsində olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar