Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-421/2024 11.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Yasəf qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verib bildirdi ki, cavabdeh Şəxs 13 noyabr 2017-ci il tarixdən başlayaraq 03 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs Yasəf qızına verilməlidir. Qeyd olunan icra vərəqəsi 12 yanvar 2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəlmişdir. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilmiş və ona aliment bocunun olması barədə xəbərdarlıq edilmiş, lakin aliment borcundan ödənişlər etsədə, aliment borcu yaranmışdır. Borcu Şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 200 manat ödəniş etmiş, lakin daha sonra yenədə alimenti ödəməkdən yayınmışdır. Bugün Şamaxı RPŞ-nin əməkdaşları tərəfində axtarışda olan borclu barəsində tədbir görülməsi üçün şöbəyə təhvil verilmişdir. Ondan izahatı alınmış, izahatında bildirmişdir ki, himayəsində 2 azyaşlı övladı var, maddi çətinlikləri var, ona görə də heç bir ödəniş edə bilmir. Lakin tələbkar borcunun ödənilməsini tələb etmişdir. Ona görə də, borcu Şəxs barəsində inzibati protokol tərtib edib baxılması üçün Şamaxı rayon Məhkəməsinə təqdim etmişlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 icra sənədi üzrə 3370 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, aliment borcunu maddi imkansızlıqdan yaranmış və hazırd ödəniş edə bilmir. Uşağı xəstə olduğu üçün aliment ödəyə bilməmiş, hal-hazırda da borcundan ödəniş etməyə imkanı yoxdur. Əlilliyi yoxdur, ailəlidir, himayəsində 2 azyaşlı uşağı var və ona borcunu ödəməsi üçün 3 ay vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Yasəf qızı izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir, borcunun ödənilməsini istəyir. Belə ki, borclu Şəxs dəfələrlə vaxt verilmişdir. Sonuncu dəfə o, aliment borcundan oktyabr ayından ödəniş etmişdir. Dəfələrlə onunla aliment borcunu ödəməsi üçün əlaqə saxlanılmış, o isə maddi vəziyyətinin çətin olmasını bildirmişdir. Ona görə borcluya vaxt verilməsini istəmir, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(026)-127/2018 saylı, 11 yanvar 2018ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 13 noyabr 2017-ci il tarixdən başlayaraq 03 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs Yasəf qızma verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 17 yanvar 2018-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs dərhal icranı təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 17 yanvar 2018-ci il tarixli 316-11152/6 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı dərhal həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 3(074)- 276/2020 nömərəli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 10 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1991-ci il təvəllüdlü Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olar Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 9 (doqquz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 iyun 2024-cü il tarix, saat 18:30-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-421/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-421/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver