Məhkəmə qərarları › İş №3(074)-426/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-426/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-426/2023 09.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Qonaqkənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayonu, Qonaqkənd kəndi ərazisində üzərində heç bir sənədi olmayan Г8128 nömrəli 16 kalibrli mülki ov silahı və silaha aid olan 5 ədəd 16 kalibrli patron Şəxs üzərindən götürülmüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, Şamaxı rayon Qonaqkənd kəndində yaşayır, xx.xx.2023-cü il tarixdə babasından qalmış Г8128 nömrəli 16 kalibrli mülkü ov silahını, 1 ədəd qatar və 5 ədəd 16 kalibrli sursat götürərək kəndin yaxınlıqından keçən Pirsaat çayına getmiş, həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra, üzərində olan mülkü ov silahına dair sənədləri tələb etdikdə, o, silahın sənədinin olmadığını bildirmiş və silahın babasından yadigar olduğunu demişdir. Sonra Polis əməkdaşları silahın saxlama və daşıma qaydalarını pozduğunu ona izah edərək onu silahla birlikdə RPŞ-nə gətirmişlər. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri X3 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şamaxı rayon Qonaqkənd kəndi ərazisində İTB-nin polis nəfəri polis baş serjantı Famil Məmmədovla birlikdə xidmətdə olduqları zaman Pirsaat çayının kəndin qarşısından keçən hissəsində bir nəfər şəxsin üzərində mülkü ov silahını görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim edərək, üzərində daşıdığı ov silahına dair sənədləri tələb etdikdə və silahın saxlama və daşıma qaydasını ona pozduğunu bildirdikdə, vətəndaş silaha dair heç bir sənədinin olmadığını və silahın ona babasından qaldığını bildirmişdir. Onlar həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün silahla birlikdə RPŞ-nə dəvət etmişlər. RPŞ-də məlum olmuş ki, həmin şəxs Şamaxı rayon Qonaqkənd kənd sakini 2004-cü il təvəllüdlü Şəxsdur. Sonra həmin şəxs barəsində raport tərdtib edərək aidiyyəti üzrə təhfil vermişlər. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixində Şamaxı rayon Qonaqkənd kəndi ərazisində Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Famil Məmmədov ilə birlikdə xidmətdə olduqları zaman Pirsaat çayının kəndin yaxınlığından keçən hissəsində bir nəfər şəxsin silahla hərəkətdə olduğunu görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində daşıdığı mülkü ov silaha dair səndləri tələb etdikləri zaman, vətəndaş silaha dair heç bir sənədinin olmadığını bildirmişdir. Bu səbəbdən onlar həmin şəxsi qanunsuz mülkü ov silahı əldə etdiyi və daşıdığı üçün, RPŞ-nə gətirmişlər. RPŞ-nə gəldikdən sonra həmin şəxsin Şamaxı rayon Qonaqkənd kənd sakini 2004-cü il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Şamaxı RPş-nin İTB-nin sahə polis nəfərləri Orxan Osmanov və Famil Məmmədov, Şamaxı rayon Qonaqkənd kəndi ərazisində Şəxs üzərində aşkar etdikləri 1 ədəd Г8128 nömrəli, 16 kalibrli alt dəstək hissi 8164 nömrəli olmaqla mülkü ov silahı və 5 ədəd 16 kalibrli sursat götürülərək RPŞ-nin silah sursat saxlanma otağına verilmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, özünün məhkəməyə verdiyi izahat, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov silahı müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 ədəd Г8128 nömrəli, 16 kalibrli alt dəstək hissi 8164 nömrəli olmaqla mülki ov silahı və 5 ədəd 16 kalibrli sursat müsadirə edilməklə 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar