Məhkəmə qərarları › İş №3(074)-426/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-426/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-426/2025 14.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahat ilə və MTE-nin 146 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin, Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2025-ci il tarixdə ailə həyat qurmuş, sonuncu ilə anası Sevda Cəbraylovanm şifahi tanışlığı ilə tanımasını, münasibət saxlayaraq elçilik edib, həyat yoldaşı olmasını təklif etmişdir. Zərərçəkmiş şəxs ailə üzüvlərinin razılığı ilə həmin tarixdə yaşadığı ünvana, rayonun Göylər kəndinə gətirmiş və Zərərçəkmiş şəxs ilə xx.xx.2025-ci il tarixdə saat 14 radələrində ər-arvad münasibəti yaşadığı zaman, sonuncunun bakirə olmadığını bilməsini, olanlar barəsində anası Sevda Cəbrayılovaya bildirmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs arvadı olaraq qəbul etdiyini demiş və bir neçə dəqiqə sonra anası Sevda, Ləyaqətin anasına zəng edərək, telefon danışığı zamanı sonuncunun bakirə olmamasını, lakin qəbulu olduğunu bildirmişdir. Lakin, Zərərçəkmiş şəxsnm bibisi oğlu Sərkər, adlarını bilmədiyi iki bacısı və həyat yoldaşları evlərinə gəlmiş, sonuncuları qarşılamaq məqsədiylə həyətə çıxmış, bu zaman yuxarıda adları çəkilən şəxslər evə daxil olaraq və ünvanına nalayiq ifadələr işlədərək, zorla Zərərçəkmiş şəxsm ata evlərinə aparcaqlarını demişlər. Həmin zaman aralarında mübahisə yaranmış və mübahisə zamanı sonuncular onu bıçaqla hədələyib, onu öldürəcəklərini bildirmişdirlər. Dava-dalaş etməmək məqsədiylə heç bir söz deməyərək, sakit qalıb Zərərçəkmiş şəxsnm çıxıb getməsinə razılıq vermişdir. Zərərçəkmiş şəxs döyməmiş, aralarında heç bir hadisə baş verməmişdir. Zərərçəkmiş şəxs bakirə olmamasına baxmayaraq, həyat yoldaşı kimi qəbul etmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər, yəni boyun və döş qəfəsində olanlar, xx.xx.2025-ci il tarixdə ər-arvad münasibəti yaşadığları zaman əmələ gəlmişdir. Lakin, qol nahiyyəsində olan xəsarətdən heç bir məlumatım yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 26 iyun 2025-ci il tarixdə rayonun Göylər kənd sakini Rayis Cəbrayılov anası Sevda Cəbrayılova ilə birlikdə yaşadığı ünvana gələrək ailə üzüvləri ilə söhbət etmiş və Rayisin əvəllər ailə həyatı qurmasını, iki övladının olmasını, lakin arvadı ilə aralarında rəsmi boşanmasını və onunla ailə həyatı qurmaq istədiyini qeyd etmişdir. Əvvəllər ailə həyatı qurmadığından ailə üzüvlərinin razılığı ilə 12 iyul 2025-ci il tarixdə ailə daxilində kiçik məclis keçirərək, həmin tarixdə Rayis Cəbrayılovun yaşadığı rayonun Göylər kəndinə köçmüş və 14 iyul 2025-ci il tarixdə, saat 13 radələrində Rayis Cəbrayılov ilə aralarında ər-arvad münasibəti olduqdan sonra, qayınanası Sevda Cəbrayılova anası Alidə Qafarovaya zəng edərək, telefon danışığı zamanı onun Rayis ilə ər-arvad münasibətinin olmasını və evlərinə qonaq dəvət etdiyini bildirmişdir. Buna baxmayaraq, bir müddət sonra Rayis ona bakirə olmamasını, sən məni aldadırsan demiş və cavab olaraq ailə həyatı qurmamasını, bakirə olduğunu demişdir. Həmin zaman Rayis Cəbrayılov onun başına və bədəninin müxtəlif nahiyyələrinə yumruq və şillə vuraraq, çıx get evinə, mən səni evimdə görmək istəmirəm demişdir. Bir müddət sonra ailəsinə məlumat verərək rayonun Məlikçobanlı kəndinə geri qayıtmasını, Rayis Cəbrayılovun bakirəliyinin pozulması ilə bildirdikləri tamamilə yalan olmasını, bakirəliyi Rayis ilə ər-arvad münasibəti yaşayan zaman pozulmuşdur. Rayis Cəbrayılova qarşı heç bir qanunsuz hərəkət etməmiş, hadisə yerində o, Rayis Cəbrayılov və qayınanası Sevda olmuş, başqa heç kim olmamışdır. Hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmiş, Rayis Cəbrayılov ona qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Şəmşir Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs 15 iyul 2025-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Şəxs onu döyməsini göstərməklə, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı 14 avqust 2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahat ilə və MTE-nin rəyi ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 xx.xx.2025-ci il tarixli, 146 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bəkarət pərdəsinin pozulması, pozulmanın xx.xx.2025-ci il tarixə uyğun gəlməsi, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin - boynun sol yan səthinin, sol süd vəzisinin və sağ bazunun yan səthinin qançırlar yumşaq kənarlı küt əşya (əl zərbələri) təsirindən törənməklə, kənar şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə yetirilməyə uyğun gəlməsi, həmin xəsarətlərin ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələrinin təyin edilməməsi göstərilmişdir. İş materiallarında olan 06 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayon, Məlikçobanı kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar