Məhkəmə qərarları › İş №3(074)-427/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-427/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-427/2025 14.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmənin icraatına qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-126/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs övlaları 22 iyul 2014-cü il təvəllüdlü X6 və 08 aprel 2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə günləri saat 11:00-dan saat 19:00-dək və Novruz bayramının 3-cü günü, Ramazan bayramının 2-ci günü və Qurban bayramının 2-ci günü saat 10:00-dan saat 18:00-dək görüş vaxtı müəyyən edilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu Şəxs izahat verib bildirmişdir ki, uşaqları görüşə gətirmədiyinə səbəb onların anaları ilə görüşmək istəməməsidir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclu əvvəllər uşaqları anaları ilə ünsiyyət üçün şöbəyə gətirsə də son vaxtlar uşaqların gəlmək istəməməsini bildirərək uşaqları gətirmir. Hazırki icra sənədi ilə bağlı uşaqlara psixoloji təsir olub-olmamasını müəyyən etmək üçün psixoloq rəyi alınmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, uşaqlarını anası ilə ünsiyyətdə olmaqları üçün Şamaxı rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirmiş, uşaqların anası ilə sərbəst şəkildə ünsiyyətdə olmalarına mane olmamışdır. Böyük qızı heç anasına yaxınlaşmamış, balaca qızı isə anası məcbur görüşmüşdür. Anaları uşaqlar məcburu yaxınlaşmaq istəmişdir. Balaca qızı əməliyyat olduğu üçün sonradan vəziyyəti yaşxı olmamışdır. Düzdür ondan sonra demişdir ki, uşaqlarını gətirməyəcəkdir. Belə ki, görüşdən sonra uşaqları stres altında olurlar, uşaqlar görüşdən sonra gərgin olurlar. Odur ki, bütün bunları nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahat verib bildirdi ki, o icra sənədinin icra edilməsini xahiş edir. Onun balaca qızı onunla görüşüb, ona gizlincədə deyib ki, “ana mən səninlə görüşmək istəyirəm”. Balaca qızı ona deyib ki, nənəsi və atası qoymurlar onunla görüşsünlər. Belə ki, o, hesab edir ki, borclu tərəfindən onun uşaqlarına psixoloji təsir olunur. Ona görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əvvəlki görüşlərdə o uşaqları ilə ünsiyyətdə olmuş, böyük qızı ilə çox vaxt keçirə bilməsə də balaca qızı onunla danışmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında borclu uşaqların ünsiyyətdən sonra gərgin vəziyyətdə olduqlarını, stress keçirdiklərini, tələbkar isə uşaqlara psixoloji təsir edildiyindən onunla görüşmək istəmədiklərini bildirdilər. Lakin iş materiallarından görünür ki, qeyd edilən hallarla bağlı icra məmuru tərəfindən heç bir hərəkət edilməmiş, tərəflərin birgə nikahlarında doğulmuş uşaqların görüşdən əvvəl, görüş zamanı və görüşdən sonrakı psixoloji vəziyyətləri ilə bağlı müvafiq sənədlər iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar