Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-428/2023 10.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Şamaxı Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN nömrəli ******* saylı protokol tərtib olunmuşdur ki, o, 29 avqust 2023-cü il tarixdə Şamaxı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evində Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 29 avqust 2023-cü il tarixdə Şamaxı şəhərində yerləşən evinin birinci mərtəbəsinin giriş otağında olarkən qazla su qızdırıcısından (pitiminutkadan) arvadı Simuzərə ehtiyyatla davranmasını xahiş etmiş, bu zaman Simuzər həmin günü 11 radələrində onun bu sözümə əsəbləşərək üzərinə gəlmişdir. O da üzərinə gəlməməsini və ondan uzaq durmasını demiş, buna baxmayaraq mübahisəni yaradaraq yenə üstünə gəlmiş, həmin vaxt sinəsindən itələyib kənar durmasını xahiş etmişdir. O, itələyən vaxt arvadı Simuzər yerə yıxılmışdır. Mübahisə böyüməsin deyə o, həyətə çıxmış, həmin vaxt arvadı Simuzərin DİN-nin 102 zəng xidmətinə məlumat verməsini eşitmişdir. Etdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verib göstərdi ki, 29 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında olan zaman əri Şəxs birdən pitmunutkanı düzəltdiyini, buna görədə ondan 14 manat pul istəmişdir. Oda evin kişisi olduğunu, özünün düzəltməli olduğunu demiş, həmin anda onunla mübahisə etməyə başlamış, o, qohumqonşu eşidəcəyini ayıb olmasını desədə yenə mübahisəsini davam etdirmiş, o, yenə sakit olmasını dedikdə üzərinə gəlmiş, sol üzünə bir dəfə sillə ilə vurub evin içindəki giriş otağında itələmiş və yer sürüşkən olduğuna görə yerə yıxılmış başı yerə dəymiş, həmin anda da sağ qoluda yerə dəymişdir. Sonra Hadisə barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 29 avqust 2023-cü il tarixdə, saat 11:59-da Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda olan Şamaxı şəhəri C.Cabbarlı küçəsi ev 1-də yaşayan özünü təqdim etməyən şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Fəxrəddin adlı şəxsin Firuzəni döyməsini bildirməsi göstərilmişdir. Zərərçəkmiş şəxs 29 avqust 2023-cü il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə əri Fəxrəddinin onu döyməsini göstərməklə, ərizəsi ilə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı 29 avqust 2023-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi fakt alınmış izahatlar və 02 sentyabr 2023-cü il tarixli 287 saylı saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta hesab edilmişdir. Bununla bağlı, onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN nömrəli ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan Şamaxı RPŞ-nin təhqiqatçısı Ağa Məmmədov tərəfindən qəbul edilmiş 06 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 29 avqust 2023-cü il tarixdə aralarında yaranmış mübahisə zənmində, Şəxs yaşadıqları evdə həyat yoldaşı Zərərçəkmiş şəxs sillə ilə vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs müraciəti əsasında, toplanmış material üzrə cinayət işinin başlnaması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın rayon polis X1 bölməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərarda göstərilir ki, MTE-nin 02 sentyabr 2023-cü il tarixli, 287 saylı ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sağ dirsək nahiyyəsinin sıyrığı küt əşya təsirindən törənməklə, 29 avqust 2023-cü il tarixə uyğun olduğunu, Zərərçəkmiş şəxs almış olduğu xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-428/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-428/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver