Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-431/2023 11.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN nömrəli ******* saylı, 11 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, 10 oktyabr 2023-cü il tarixdə spirtli içki qəbul etmiş və sərxoş halda özünə məxsus olan avtomobillə hərəkətdə olan zaman Avtovağzal dairəsində xidmətdə olan polis əməkdaşlarına yaxışlaşmış və onlara yol polisinin harda olmasını bildirmişdir. Daha sonra onu Şəhriyar qəsəbəsində polis əməkdaşları saxlamış və onu Polis Şöbəsinə getməsini tələb etmişlər. Törətdiyi əmələ görə çox peşmandır. Onun 2020-ci il tarixdə 44 günlük müharibədə iştirak etməsini nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Soltan Xəyyamov bildirdi ki, 10 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Əli İbrahimovla birlikdə xidmətdə olan zaman Şamaxı şəhəri, Avtovağzal dairəsində **-AX-*** dövlət qeydiyyat nişanlı “Lada Granta” minik markalı avtomobil idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı PPX-nin xidməti avtomobilə yaxınlaşıb “qayılar hardadır” ifadəsini işlədərək onları təhqir edib maşını sürüb getmiş, YPX əməkdaşlarını köməyə çağıraraq. Şəhriyar qəsəbəsinə gedən yolda avtomobili saxlamışlar, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib etdiyi qayda pozuntusunu izah edən zaman nalayiq ifadələr işlətməyə davam edərək onları əl-qol hərəkətləri ataraq onların qanuni tələblərini pozub müqavimət göstərmişdir. Daha sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə dəvət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı RPŞ-nin İTBnin sahə rəisi X1 oğlu izahat verib bildirdi ki, Şəxs sürücülük hüququ olmadan 10 oktyabr 2023-cü il tarixdə sürücülük hüququ olmadan içkili idarə etmişdir. Bundan başqa o, polis əməkaşlarının qanuni tələblərinə tabe olmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis seriantı Xəyyam Soltanov tərəfindən 10 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Əli İbrahimovla birlikdə xidmətdə olan zaman Şamaxı şəhəri, Avtovağzal dairəsində **-AX-*** dövlət qeydiyyat nişanlı “Lada Granta” minik markalı avtomobil idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı PPX-nin xidməti avtomobilə yaxınlaşıb “qayılar hardadır” ifadəsini işlədərək onları təhqir edib maşını sürüb getmiş, YPX əməkdaşlarını köməyə çağıraraq. Şəhriyar qəsəbəsinə gedən yolda avtomobili saxlamışlar, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib etdiyi qayda pozuntusunu izah edən zaman nalayiq ifadələr işlətməyə davam edərək onları əl-qol hərəkətləri ataraq onların qanuni tələblərini pozub müqavimət göstərmişdir. Daha sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-yə dəvət edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib edilmiş 11 oktyabr 2023-cü il tarixli, MN saylı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, 10 oktyabr 2023-cü il tarixdə saat 22:30 radələrində avtovağzal dairəsində ictimai asayişi pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan 11 oktyabr 2023-cü il tarixli, İXP saylı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 oktyabr 2023-cü il tarixdə saat 22:26-da «Lada Granta» minik markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinədın görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 1.511 % promil həddində müəyyən olunmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 23:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Polis Şöbəsinin 06 avqust 2023-cü il tarixli, TP saylı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, Şəxs 06 avqust 2023-cü il tarixdə nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş halda idarə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə yanaşı, inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və İİ Qarabağ müharibəsinin iştirakçısı olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edir. Həmin Məcəllənin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 150 (bir yüz əlli) manat cərimə edilsin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 150 (bir yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-431/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-431/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver